Bərdə rayon Mərkəzi kitabxanası

Bərdə rayon MKS
Rayon haqqında
21 Yanvar , 2019

Torpaq qala - Bərdə rayonunda yerləşən qaladır. Xalq arasında Nüşabə qalası adı ilə tanınan Bərdə qalası bəzi mənbələrə görə məşhur memar Əcəmi məktəbinin yetirməsi Naxçıvanlı Əhməd İbn Əyyub Əl Hafiz tərəfindən 1322-ci ildə tikilib. Silindir şəkilli qalanın radiusu 60 metr, hündürlüyü 13 metr, divar hörgüsünün eni isə 80 santimetrdir. Bərdə qalası haqqında bir çox səyyahların əsərlərində məlumatlar var. Məlumdur ki, qala monqolların Azərbaycana yürüşləri zamanı dağıdılıb və sonradan bərpa olunub. XIII əsr səyyahı Həmdullah Qəzvini "Nüzhət əl Qülub" əsərində qalanın eramızdan əvvəl Makedoniyalı İskəndər tərəfindən tikdirildiyini yazıb. O, həmçinin qeyd edib ki, qala Sasani hökmdarı Firuzun dövründə abadlaşdırılıb.

     Nizami Gəncəvi də İskəndərnamədə Bərdə qalasının təsvirini verib. Son dəfə 1958-ci illərdə aparılan təmir işləri qalanın görkəmini dəyişib.

     Mühafizə xarakteri daşıyan qala şəhəri yadellilərdən qorumaq məqsədilə inşa olunmuşdur. Mənbələrin verdiyi məlumata görə o vaxtlar Bərdə şəhərinin eni və uzunluğu 5–6 km olub, ətrafına möhtəşəm qala divarları çəkilmişdir. Dəmirdən böyük darvazaları olan bu qala divarları o dərəcədə möhtəşəm olubdur ki, ciddi təhlükələr zamanı nəinki şəhərin öz əhalisi, hətta bütün ətraf ərazinin əhalisi də düşməndən müdafiə olunmaq üçün buraya pənah gətirirlərmiş. Qalanın yeddi bürcü var. Sahə 1ha 60 sot .

 

Mövcud vəziyyət

     Qalanın tikintisində çiy kərpicdən istifadə olunmuşdur. Təbii təsirlərə baxmayaraq qalanın bir hissəsi bu günə kimi salamat qalmışdır, qənaətbəxş vəziyyətdədir. 2017-ci ildə Türbədə aparılan təmir-bərpa işləri ilə əlaqədar qalada mühafizə məqsədilə işlər görüldü: suvaq qatı çəkildi. 2017-ci ildə Oksford Universitetin N.Gəncəvi adına Elmi Mərkəzi tərəfindən arxeoloji tədqiqatlar aparılıb. Əldə edilən eksponatlar Bərdə şəhər  Tatix Diyarşünaslıq muzeyinə verilmişdir.