Bərdə rayon Mərkəzi kitabxanası

Bərdə rayon MKS
Rayon haqqında
4 İyul , 2016

Bərdə Cümə məscidi 1905-ci ildə inşa edilmişdir. 1873-cü ildə Yelizavetpol quberniyasının tərkibində Cavanşir qəzası yaradılmışdı. Qəzanın mərkəzi Tərtər yaşayış məntəqəsi idi. Cavanşir qəzası (1929-cu ilədək fəaliyyət göstərmişdir). Bir çox yaşayış yerləri kimi, Bərdə də bu qəzanın tərkibində idi. Bu vaxtlar qəzada 1897-ci ilin məlumatlarına görə 67005 nəfər, o cümlədən Bərdədə 500-ə qədər əhali yaşayırdı. Qəza idarəsinin Bərdə də nümayəndəsi var idi. Qəzanın Bərdədəki nümayəndəsi Səmədağa idi. Bərdə əhalisi bir neçə dəfə məscid tikilməsi haqqında ona müraciət edib. Səməd ağa məscidin tilikməsi və onun yerini müəyyən etmək üçün yerli sakinlərlə görüşlər keçirib söhbət etdikdən sonra, Şərifin həyətyanı sahəsinin bəyənibdir. Bərdə Cümə məscidi üçün hallalıq olsun deyə, sahə üçün pulu müəyyənləşdirib Şərifə verdikdə, o, deyib ki, mən sahəmi can-başla, təmənnasız olaraq bağışalayıram və sidqi ürəkdən halallıq verirəm. Ancaq Şərifin bu səmimiyyətinə baxmayaraq, ona torpaq sahəsi üçün qızıl pul verilib. Məscidin inşası üçün yerli imkanlı sakinlər, o cümlədən Məşədi Mehdi (1859-1920), Namaz və Zaman qardaşları və bir çox sakinlər maddi köməkliklər göstərmişlər. Cümə məscidində yanğın baş verdiyi üçün 1920-1930-cu illərdə təmir işləri aparılmışdır.