Bərdə rayon Mərkəzi kitabxanası

Bərdə rayon MKS
Rayon haqqında
21 Yanvar , 2019

Məscid Bərdə rayonunun Uğurbəyli kəndində tikilib. İlkin tarixi XIX əsrin əvvəllərinə aiddir. Sovetlər dövründə əvvəlcə anbar kimi istifadə edilən, daha sonra bağlı qalan bu məscid çox bərbad vəziyyətə düşmüş və camaat tərəfindən sökülərək yerində yeni məscid tikilmişdir.

     Məscidin sahəsi 128 kv.m. Hündürlüyü 6 m. Minarənin hündürlüyü 12 m. bişmiş kərpicdəndir. Döşəmə də bişmiş kərpiclə işlənib. Divarlar içəridən suvanmışdır. Damın örtüyü şiferlə işlənib.

     Məscidin yanında türbə də mövcuddur. Türbə də bişmiş kərpicdən işlənib.

 

Mövcud vəziyyət

     Məscidin tikintisində bişmiş kərpicdən istifadə olunmuşdur. Döşəməsi beton. Damın örtüyü dəmirlə işlənib. Minarəsi qırmızı kərpicdəndir. Məscid yaxşı vəziyyətdədir. Hal hazırda dini məqsədlə istifadə olunur.