Bərdə rayon Mərkəzi kitabxanası

Bərdə rayon MKS
Rayon haqqında
21 Yanvar , 2019

Türbə Bərdə şəhəri Nüşabə küçəsində yerəşir. İmamzadə memarlıq kompleksinin şərqində,  İmamzadə qəbirstanlığında yerləşir. XIV əsrə aiddir. Türbənin memarı “Allah-Allah”  türbəsini tikən Əhməd İbn Əyyub Əlhafiz Naxçıvanidir. Abidə altıbucaqlı formasında olmuşdur. Hündürlüyü 16 m-ə çatırmış. Türbənin altıpərli gümbəzi varmış. 1932-ci ilədək mövcud olmuş Axsadan baba türbəsi xüsusi tarixi əhəmiyyət kəsb edir. Türbənin yalnız yeraltı hissəsi qalıb. Sərdabənin altıpərli yastı günbəzi var. Pərlər kəsmə daşdan quraşdırılıb, zəngin ornamentlərlə bəzədilib. Taxçalardakı kaşı üzlüyündə çoxgüşəli və ulduzşəkilli naxışlar var. Kitabələri dağıdılıb. XX əsrin əvvəlində (1932-ci il) bolşevik-daşnak istilası dövründə Bərdənin əslən erməni olan rayon İcraiyyə Komitəsinin sədri Xaçımovun və bir erməni memarın göstərişi ilə Axsadan baba türbəsi tamamilə sökülüb, söküntüdən çıxan kərpicləri və qəbristanlıqdakı baş daşlarını əridib əhəngə çevirərək Bərdədə indi köhnə mehmanxana deyilən binanı tikiblər. Məlumata görə, Axsadan baba türbəsinin şəkli XX əsrin əvvəlində rus rəssamı tərəfindən çəkilmiş və indi Azərbaycan tarixi muzeyindədir.

     Buradakı İmamzadədə məscid divarlarına bitişik bir sinə daşı da var. Bu daşın üzərində əski əlifba ilə və rusca "Zdes pokoitsə Mamed bek Djevanşir" yazılıb. Maraqlı cəhət odur ki, ermənilər sovet dövründə Axsadan baba türbəsinindəki digər qəbirləri dağıdarkən bu sinə daşının üzərində rusca yazılan hissədə Məhəmməd bəy Cavanşirin (1874-1900) ölüm və doğum tarixini pozublar.

     Ehtimal olunur ki, Bərdə İmamzadə məscidində dəfn edilmiş Məhəmməd bəy Cavanşir, ŞuşadaQacar şahı Ağa Məhəmməd şah Qacar öldürüləndən sonra Qarabağ xanının vəziri, şair Molla Pənah Vaqifi edam etdirmiş şəxsdir.

 

Mövcud vəziyyət:

     Türbənin tikintisində çay daşlarından istifadə olunmuşdur. Hal-hazırda türbənin yalnız yeraltı hissəsi qalıb. Yeraltı hissə də çay daşlarından hörülmüşdür.