Bərdə rayon Mərkəzi kitabxanası

Bərdə rayon MKS
Bərdə və bərdəlilər
12 May , 2016

Azərbaycan Yazıçılar Birliyinin üzvü (1988), Jurnalistlər Birliyinin üzvü (1994), “Araz” ali ədəbi (1997), “Heyran xanım” ədəbi (1994), “Qızıl qələm”(2005), “Nigar Rəfibəyli” (2006) adına mükafatların laureatıdır.

      1947-ci il mayın 9-da Azərbaycanın Bərdə şəhərində qulluqçu ailəsində anadan olmuşdur. Bərdə şəhər 3 saylı orta məktəbində təhsil almışdır. (1954-1965). Əmək fəaliyyətinə 1 saylı Bərdə uşaq bağçasında tikişçi kimi başlamışdır. (1963-1965). ADU-nun filologiya fakültəsində təhsilini davam etdirmişdir. (1965-1970). Bakıda 248 saylı şəhər orta məktəbində dil-ədəbiyyat müəllimi işləmişdir (1970-1974). 1975-ci ildə“Maarif” nəşriyyatında korrektor, kiçik redaktor, redaktor və “Azərbaycan dili və ədəbiyyatı dərslikləri” redaksiyasının müdiri (1994-2005) vəzifələrində işləmişdir. Bədii yaradıcılığa orta məktəbdəikən coşqun həvəs göstərmişdir. İlk mətbu şeirləri (“Könül verərsənmi?”, “İstərəm”), “Lenin tərbiyəsi uğrunda” çoxtirajlım Universitet qəzetinin 1965-ci il 31 dekabr tarixli sayında çıxmışdır. Dövri mətbuatda, ədəbi almanaxlarda müntəzəm çıxış edir. Şeirləri Bolqarıstanda, Əfqanıstanda, Türkiyədə, Rusiyada, Özbəkistanda vəbaş-qa xarici ölkələrdə bolqar, fars, türk, rus, özbək və s. dillərdə dərc olunur. Bəstəkarlardan Oqtay Kazımov, Elza İbrahimova, Həsənağa Qurbanov, Oqtay Rəcəbov, Bahadur Hüseynov, Ülviyyə Süleymanova və b. 80-dək şeirlərinə musiqi bəstələmişdir. Onun “Axtarma məni” (musiqisi: Bahadur Hüseynov) mahnısını məşhur türk müğənnisi Əməl Sayın, “Sənli günlərim”-i (musiqisi: Oqtay Kazımov) isə Nəşə Qaraböcək oxuyur. “Unuda bilməzsən”, “Gözlə”, “Ömürdən keçən illər”, “Lalənin ləçəyi”, “Aydınlıqdan gedən yolda”, “Gedən də var, qalan da var”, “Xatirələr çiçəkləyəndə”, “Vətəndir Arifin səsi”, “Əbədi günəş” və s. kitabların müəllifidir. O, həm də romanlar, povestlər, hekayələr müəllifidir. “Yol gözləyənlər” povesti 1997-ci ildə, “İki sahil” qəzetində çap olunmuşdur.

      Bu povestin radio tamaşası(ssenarisini Şəfəq Sultan Əlixanlı yazmışdır)

      Azərbaycan radiosunun fondundadır. Vaxtaşırı səsləndirilir. Ruzgar xanım həm də «Natəvan» оpеrasının ariya və duеt mətnlərinin müəllifidir. 1999-2002-ci illərdə görkəmli bəstəkar, xalq artisti, prоfеssоr Vasif Adıgözəlоvla birlikdə bu əsər üzərində işləmişdir. 2003-cü il dеkabrın 7-də əsər Оpеra və Balеt Tеatrında səhnəyə qоyulmuş və böyük uğur qazanmışdır.

Rüzgar Əfəndiyeva Azərbaycan poeziyasında xüsusi mövqeyi olan, eləilk şeirlərindən öz dəsti-xətti ilə seçilən, tanınmış şairdir. Onun yaradıcılığı haqqında Xalq şairi Mirvarid Dilbazi, Məmməd Araz, Xəlil Rza Ulutürk, Vəli Nəbiyev, Boris Leonov (Moskva), Akif

      Əliyev, Sabir Rüstəmxanlı, Sərvaz, Qasım Qasımzadə, Nəriman Həsənzadə, öz fikirlərini söyləmişlər. Şeirləri dərsliklərə və dərs vəsaitlərinə salınmışdır. Türkiyədə dərc olunan “Şeir dəftəri” jurnalında Havva Abdullayevanın Rüzgar Əfəndiyevanın yaradıcılığı haqqında maraqlı yazısı verilmişdir. Hazırda yaradıcılıq fəaliyyəti ilə məşğuldur. “Rüstəm Napoleonun yavəri” romanı üzərində işləyir.