Bərdə rayon Mərkəzi kitabxanası

Bərdə rayon MKS
Bərdə və bərdəlilər
26 May , 2016

1913-cü ildə Bərdə rayonunun Qasımbəyli kəndində anadan olmuşdur. Orta təhsilini Bərdə  şəhərindəalmış, 1931-ci ildə Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika şöbəsinə daxil olmuş, 1936-cı ildə oranı bitirmişdir. O, respublikamızın müxtəlif rayonlarında əhalinin sağlamlığı keşiyində dayanmış və çalışdığı yerlərdə səhiyyə işlərinin təşkilatçısı olmuşdur. 1938-1940-cı illərdə Mirbəşir (indiki Tərtər) rayon xəstəxanasının baş həkimi vəzifəsində çalışmışdır. 1941-1942-ci illərdə Bərdə Mərkəzi rayon xəstəxanasının baş həkimi, 1942-1944-cü illərdə Bərdə rayon ZDS İcraiyyə Komitəsinin sədri vəzifəsində çalışmışdır. O, II Dünya Müharibəsinin iştirakçısıdır. 1944-1945-ci illərdə  İranın Xoy şəhərində işləmişdir. 1945-1949-cu illərdə Azərbaycan Dövlət Tibb İnstitutunda cərrahiyyə kafedrasında assistent vəzifəsində çalışmışdır. 1949-1959-cu illərdə yenidən Bərdə Mərkəzi rayon xəstəxanasının baş həkimi, 1959-1970-ci illərdə baş həkimin müalicəişləri üzrə müavini vəzifələrində çalışmışdır. 1959-cu ildədissertasiya müdafiə edərək tibb elmləri namizədi alimlik adıalmışdır. 1970-1975-ci illərdə o, Azərbaycan Dövlət Tibb  İnstitutunun müəllimi olmuş, 1975-ci ildən ömrünün sonuna kimi Bərdə Mərkəzi rayon xəstəxanasının baş həkimi vəzifəsində çalışmışdır. “Qırmızı əmək bayrağı” ordeni, “Əməkdə fərqlənməyə görə” medalı və fəxri fərmanlarla təltif olunmuşdur.