Bərdə rayon Mərkəzi kitabxanası

Bərdə rayon MKS
Bərdə və bərdəlilər
3 İyun , 2016

1920-ci il yanvarın 14-də Bərdə rayonunun Kələntərli kəndində anadan olub. 1929-cu ildə Uğurbəyli kəndində1-ci sinfə gedib. İlk müəllimi Pənah Səmədov olub. 1930-cu ildə təhsilini doğma kəndi Kələntərlidə keçəl ləqəbli Cəmilin evində yaradılmış məktəbdə davam etdirib. 1-ci sinfi qurtardıqdan sonra 4-cü sinfə qədər İbişin evində yerləşən məktəbdə, 5-ci sinfi Salır Muğanlının evindəki məktəbdə oxuyub. 7-ci sinfi isə Kələntərlidən xeyli aralıda yerləşən Şirvanlı kəndində başa vurub. 1937-ci ildə Gəncə şəhərində Azərbaycan Xalq Komissarlığının Tibb Texnikumunun “Feldşerlik” şöbəsinə daxil olub. 1964-cü ildə Gəncə şəhərində Kənd Təsərrüfatı İnstitutunun “Aqronomluq” fakültəsini bitirib. 

      1975-ci ildə Respublika hüquq işçilərinin ixtisasartırma kursunda hüquqşünas ixtisasına yiyələnib. 1940-52-ci illərdəYevlax rayonunun Malbinəsi kəndində tibb məntəqəsində feldşer işləyib. 1941-45-ci illər Böyük Vətən müharibəsində iştirak edib. 1947-ci ildə ordudan ehtiyatda olan böyük leytenant rütbəsi ilə tərxis olunub. 1948-ci ildəMollalı kənd sovetinin feldşer məntəqəsinin müdiri işləyib. Həmin ilin sonunda Bərdə rayon partiya komitəsi bürosunun qərarı ilə Bərdə rayon PK katibinin köməkçisi vəzifəsinətəyin olunub. 1952-ci ildə Gəncə Vilayət Partiya Komitəsindəpartiya kollegiyasıüzvünün köməkçisi işləyib. 1953-cü ildə Gəncə Vilayət Partiya kollegiyasının ləğvi ilə əlaqədar olaraq Bərdə rayon PK-da kənd təsərrüfatı şöbəsinə müdir vəzifəsinə keçirilib. 1956-cı ildə Bərdə rayon PK-da MTS üzrə katib seçilib. 1959-63-cü illər də isə Bərdə rayon “Sosializm” kolxozunda sədr vəzifəsində çalışıb. 1963-1973-cü illərdə Bərdə rayon PK-nın ikinci katibi, 1973-1986-cı illərdə Bərdə rayon 105 saylı texniki peşə məktəbinin direktoru işləyib. 1986-cı ildən respublika əhəmiyyətli xüsusi təyinatlı təqaüdçü idi. 1987-ci ildə Azərbaycan SSRi Ali Sovetinin və Azərbaycan SSRİ Nazirlər Sovetinin orqanı olan “Kommunist” qəzetinin, 1991-ci  ildə“Bərdə” qəzetinin, 1997-ci ildə Azərbaycan Hüquqşünaslar İttifaqının orqanı olan “Hüquqşünas” qəzetinin ştatdan kənar müxbiri olub. 1955-1980-ci illərdə daim kənd və rayon zəhmətkeşləri xalq deputatları sovetinin deputatı seçilmişdir. Otuza yaxın orden, medal, təşəkkür  və mükafatlar almışdır. Təkcə üç dəfə “Qırmızı ulduz” ordeni ilə təltif olunmuşdur. İstefada olan mayor idi. İncəsənəti, ədəbiyyatı çox sevirdi. Azərbaycanın Xalq artistləri Lütfəli Abdullayev, Rübabə Muradova, Şövkət Ələkbərova, Canəli Əkbərov, Ramiz Hacıyevlə, bir çox rəssamlarla, mədəniyyət və incəsənət ustaları ilə dostluq edirdi. Özü tarda çox gözəl ifa edirdi. Poeziyanın vurğunu idi, poema və şeirlər də yazırdı. Füzulini, Nizamini, Puşkini, Yesenini əzbər bilirdi. Tarixə xüsusi marağı vardı və hərbi tarixdən məqalələr yazırdı.

      Avtomobil idarə etmək xobbisi idi. Ömrünün sonuna qədər şəxsi avtomobilini özü idarə etdi.