Bərdə rayon Mərkəzi kitabxanası

Bərdə rayon MKS
Bərdə və bərdəlilər
16 İyun , 2016

Əbusəid Əhməd Hüseyn oğlu Bərdəi (?-929) hüquqşünas və ilahiyyatçıalimdir. O, Bərdə şəhərində doğulub boya-başa çatmış və ömrünün bir hissəsini vətəndən uzaqlarda keçirmişdir. Xətib Bağdadi yazır: “O, ziyarətçi kimi Bağdada gəlmiş, sonra isə orada yaşamışdır. Qazi Əbu Abdulla Səyməri söhbət edib mənədedi ki, Əbusəid Əhməd Hüseyn oğlu Bərdəi Əbuəli Dəqqaq və Musa ibn Nəsirdən elm öyrəndi, ondan isə Əbülhəsən Kərxi, Əbutahir Dəbbas, Əbuəmir Təbəri və başqaları təhsil alırdılar”. Əbusəid illərləBağdadda qalıb dərs dedi. İbn-əl-Nadim (?-1047) Əbusəid Əhməd Bərdəidən söz açarkən onun kitablarıolduğunu qeyd edir. Başqa müəlliflər isə müsəlman hüququna dair bir çox əsərlər yazmış Əbülhəsən Kərxinin (874-952) tez-tez Azərbaycan aliminin yanına gedib gəldiyini və ondan çox faydalandığını göstərirlər. Əbusəid Əhməd Bərdəi mənbələrdə hənəfiliyin və mütəzilliyin görkəmli nümayəndəsi kimi səciyyələndirilir