Bərdə rayon Mərkəzi kitabxanası

Bərdə rayon MKS
Bərdə və bərdəlilər
17 İyun , 2016

Bərdədə aparılan arxeoloji işlərin nəticəsi sübut edir ki, Hülakilər dövründə(1256-1357) şəhərin üç əsrlik tənəzzülündən sonra yenidən tərəqqi etməsi dövrü başlanır. Təbii ki, belə yüksəliş şəhərdə sənət və sənətkarlıq, incəsənət və mədəniyyətlə yanaşı, elm və tədrisə meylli adamların da yetişməsinə səbəb olmuşdur. Bu zaman Bərdə şəhərində müxtəlif janrlarda yazan şairlər, görkəmli dilçilər, bilikli hüquqşünaslar da yetişmişlər. Həmin dövrdə yaşayıb yaratmışalim, şair, dilçi, özünə məxsus dəsti-xəttəmalik, təmiz yaradıcı-lıq təfəkkürü olan sənətkarlardan biri də Sadəddin Sədullah Bərdəi olmuşdur. Bu görkəmli alim təqribən XVI əsrin ikinci yarısında Bərdədə anadan olmuşdur. Sədullah özünün yay istirahətini doğma Kəpki adlıgözəl yaylaqlarda keçirərdi. Azərbaycan EA Respublika Əlyazmaları İnstitutunda onun həmin yaylaqlara yazmışolduğu çoxlu şeirləri saxlanılır. Ərəb dilindəyazılmışbu şeirlər Sədullahın öz dövrünün dərin bilikli və həssas poetik təbəmalik şair olmasına dəlalət edir. XIV – XV əsrlərin qüdrətli şairlər dəstəsinə daxil olan Sədullah öz şeirlərində yaşadığı diyarın gözəlliklərini, saf vəülvi məhəbbətini, zamanın haqsızlıqlarını, özünün keçirdiyi təlaş, iztirab və kədəri həssaslıqla tərənnüm etmişdir. Şair özünün “Hədaiq – dəqaiq” adlı əsərində bayatıda yazmışdır. Həmin bayatılar eşq, məhəbbət, sədaqət, dostluq, və tənəsevgi, gəncliyin tərbiyəsi kimi son dərəcə nəcib mənəvi-sosial problemlərə həsr edilmişdir. Bu bayatıların əksəriyyəti altılıq üslubu ilə tamamlanmışdır. Burada birinci qoşa misra dövrün ictimai haqsızlığı və bərabərsizliyinə, ikinci azad sevgi, saf məhəbbət, sevmək və sevilmək kimi arzuya, üçüncü sətir qoşası isə etibarsız, namərd, səbatsız adamların ifşasına vəbəzən də tərbiyəvi mövzuya həsr edilmişdir. Həmin bayatılardan bir neçəsini oxuculara təqdim etmək yəqin ki, maraqlı olardı:

Əzizi gördü günü,

Sinəmdəkor dügünü.

Könül sevdiyin istər,

Göz istər gördügünü.

Namərdəsöy əyilməz,

Mərd deməz gördügünü.

       Göründüyü kimi, ilk dəfə Bərdəi tərəfindən yazılmışbu altılıqda şair öz fəlsəfi fikrini aydın, səlis, poetik dillə və böyük ustalıqla ifadə etmişdir.

      Mərhum tədqiqatçı Asya Məmmədovaya görə, altılıqla yanaşı, dörd misralı bayatısıda çoxdur. Bu da Sədullah Bərdəinin dədə-babadan süzülüb gələn bu folklor janrını çox yaxşı bilməsini sübut edir. Dördlüklər onun “Hədaiq adlıbayatılar” cüngündə verilmişdir. Sədullah Bərdəi öz dövrünün görkəmli dilçilərindən biri olmuş, hətta məşhur dilçilərin əsərlərinə şərh yazmış, əlavələr, düzəlişlər etmiş və o dövr məktəbləri üçün dərslikləri də olmuşdur. O, XII əsrdə yaşamış görkəmli ərəb dilçisi Məhəmməd əz-Zəməşxari tərəfindən tərtib edilmiş dərsliklərə əlavə şərh yazmış, düzəlişlər etmiş və hətta, ayrı-ayrı sözlərin məntiqi-sistematik təhlilini də vermişdir. Bunlar Sədullahın dilçi qüdrətini və gücünü, dərin, hərtərəfli biliyə malik olmasını bir daha sübuta yetirir. Şair əsərində ərəb dilinin qrammatikasında fel, onun növləri, ərəb dilində onun işlənməsi və yerini dərindən təhlil etmişdir. Bu isə görkəmli alim Sədullah Bərdəinin dünyanın ən çə-tin dillərindən biri olan ərəb dilinin qanunlarını çox yaxşı bilməsinə dəlalət edir. Onun “Həda-iq-əd-dəba-ik fi şərhi risalət əlamət əl-xəqain” adlı əsəri orta əsr dilçiliyi, ədəbiyyatı, fəlsəfə və məntiqi tarixinin öyrənilməsi baxımından da böyük elmi əhəmiyyət kəsb edir. Sədullah Bərdəinin, ərəb dilindəki sərf-nəhvinin tədqiqatçılarından olan filologiya elmləri namizədi NailəAğayevanın fikrincə, bərdəli alimin əlyazmalarının ən qədim nüsxəsi Britaniya muzeyində saxlanılır. Mütəxəssislərin fikrincə, onun yazılmasıtarixi 1409-cu ilətəsadüf edir. Hər halda, şairin ölümü həmin tarixdən sonradır, heç şübhəsiz ki, onun ölümü  XV əsrin birinci rübündə olmuşdur. Müəllifin dünyanın müxtəlif kitabxana, muzey və əlyazmalar fondunda saxlanılan əsərlərinin hərtərəfli tədqiqi Azərbaycan xalqına, onun elm tarixinə son dərəcə qiymətli bir töhfə olardı.