Bərdə rayon Mərkəzi kitabxanası

Bərdə rayon MKS
Bərdə və bərdəlilər
18 İyun , 2016

XV əsrin ortalarında yaşamış görkəmli dövlət xadimi Qazi Mə-hiəddin Bərdəinin (Bərdəlinin) yaşadığı dövr Azərbaycanda daxili və xarici vəziyyətin kəskinləşdiyi, feodal müharibələrinin şiddətləndiyi bir vaxta təsadüf edirdi. 1338-ci ildən etibarən burada türk-monqol tayfalarından olan Çobani feodalları hökmranlıq edirdi. Onların zülmü ölkəni bərbad hala salmış, aclıq və qorxulu xəstəliklərin yayılmasına səbəb olmuşdur. Çobani nümayəndəsi Məlik Əşrəfin dövründə yaşamış Azərbaycan tarixçisi Əbu-Bəkr əl-Qütbi əl-Əhəri 1345-1350-ci illərdən bəhs edərək göstərirdi ki, indi Azərbaycanda üç şey bolluq təşkil edirdi: çobanilər zülmü, bahalıq və vəba xəstəliyi. Çobani feodallarına qarşıaparılan mübarizənin fəal təşkilatçısı və başçısı Məhiəddin Bərdəi olmuşdur. Dövrün yazılı məxəzlərinin əksəriyyətində onun fəaliyyətindən və  Əşrəf Çobaniyə qarşı mübarizəsindən bəhs edilir. Məhiəddin Bərdəinin əsas məqsədi Azərbaycanı köçəri monqol feodallarının apardığıara müharibələrə meydan oxumaqdan qorumaq, daxili ziddiyətlərin kəskinləşməsinə yol verməmək və öz xalqını Çobani feodallarının zülmündən xilas etmək idi. Mənbələrin yazdığına görə, Mə-hiəddin Bərdəi daxili vəziyyətin gərginləşdiyi bir zamanda (1344-cü il) Çobani əmiri Əşrəfin fars vilayətindəki Təbrizə yürüş etməsinə çalışır. Lakin Azərbaycanı əldən vermək istəməyən Məlik Əşrəf Təbrizəgəlir, xalq kütlələrinin müqavimətini çətinliklə qırır, Təbriz üsyanını yatırır və hakimiyyəti ələ alır. Bu dövrdə Azərbaycanda Məlik Əşrəf ilə birlikdə başqa Çobani əmirləri – Yağı Basdı, Surğan da var idi. Azərbaycan Məlik Əşrəf iləhə-min Çobani əmirləri arasında gedən mübarizənin meydanına çevrilmişdi. Ara müharibələrinə son qoyulmasına cəhd göstərən Məhiəddin Bərdəi, nəhayət, öz məqsədinə nail olur: 1344-cü ilin ortalarında hakimiyyət uğ-runda mübarizə aparan Çobani əmirləri arasında bağlanan sülh, Azərbaycan ərazisini növbəti qarətçilikdən xilas edir. Lakin Məlik Əşrəf bir müddətdən sonra öz hiyləgər siyasəti sayəsində digər Çobani əmirlərini kənarlaşdırıb Azərbaycanın faktiki hakimi oldu. Məlik Əşrəfin və ümumiyyətlə, Çobani feodallarının yeritdiyi siyasət yerli təsərrüfatlarıaradan götürmək və köçəri feodal təsərrüfatlarını genişləndirməkdən ibarət idi. Bu məqsədlə Çobani əmirləri yerli əyanları torpaq malikanələrindən məhrum edir və həmin yerləri öz aralarında bölüşdürürdülər. Nəticədə isə məzlum xalq kütlələri başqa ölkələrə mühacirət etməli olurdular. Həmin dövr üçün kütləvi surətdə vətəni tərk etmək feodal sinfinə qarşı aparılan mübarizənin bir formasına çevrilmişdi. Lakin bu forma Çobani feodallarının hakimiyyətdən salınması üçün kifayət deyildi. Güclü iqtisadi əsasa və hərbi qüvvəyə malik olan Çobani feodallarını devirmək məqsədilə başqa yollar axtarmaq lazım idi. Bunu dərindən dərk edən Məhiəddin Bərdəi Qıpçaq (Qızıl Orda) dövlətinin yardımından istifadə etməyi qərara alır. Bu məqsədləo, 1356-cıildə nümayəndələrlə birlikdə Qıpçaq dövlətinə gedir. Yerli hakim Canıbəy ilə əlaqə saxlayır və onu Azərbaycana dəvət edir. Məhiəddin Bərdəi bu məqsədlə Şirvanşah Kavusla Canıbəyi fikrindən döndərir və Məlik Əşrəfin öldürülməsini məsləhət görür. Onun ba-şınıkəsdirib Təbrizdəki Marağalılar məscidinin qapısından asırlar. Belə-liklə, Azərbaycan Çobani müstəbidinin zülmündən azad olur. Qeyd etmək lazımdır ki, Qıpçaq dövləti Azərbaycanı ələkeçirmək üçün Hülakilər dövləti ilə(Azərbaycanda 1258-1356-cı illərdə mövcud olmuş dövlətdir) bir əsrə yaxın mübarizə aparmış və onların bu məqsədlə etdiyi əvvəlki bütün yürüşlər müvəffəqiyyətsizliyə uğramışdır. Canıbəyin yürüşü isə Azərbaycanın Qızıl Orda dövlətinə tabe olması ilə nəticələndi. Canıbəyin qələbəsinin əsas səbəbi Azərbaycanın yerli oturaq əyanlarına və məzlum kütlələrinə arxalanması oldu. Canı bəy Azərbaycana yürüş etməklə öz məqsədinə– Azərbaycanı ələ keçirmək niyyətinə nail oldusa da, digər tərəfdən ölkəni Çobani feodallarının istibdadından xilas etdi. Bunun əsl səbəbkarı Bərdəi Qazi Məhiəddin olmuşdur.