Bərdə rayon Mərkəzi kitabxanası

Bərdə rayon MKS
Bərdə və bərdəlilər
20 İyun , 2016

X əsri Bərdədə elmi intibah dövrü adlandırsaq, bizcə səhv etmərik. Göstərilən yüzillikdə burada yetişmiş alimlərdən Məhəmməd İbn Abdullanın, Əbubəkr Bərdəyinin, Əbdüləziz ibn-əl Həsən əl-Bərdəyinin, Əbusəyid Əhməd ibn Hüseyn Bərdəyinin, Səid ibn Qasım Bərdəyinin, Mə-həmməd İbn Xalid Bərdəyinin, Əbülhəsən Əhməd ibn Ömər ibn Abdullah Bərdəyinin vədigər görkəmli elm, sənət və peşə adamlarının adlarını çəkmək olar. O dövrün sadaladığımız alimləri içərisində öz elmi, savadı, biliyi və saf məfkurəsi ilə böyük ad-san qazananlardan biri dəMəkki ibn Əhməd ibn Sadəvəy əl-Bərdəyi olmuşdur. Bu görkəmli alim IX əsrin sonu X əsrin əvvəlində orta əsr müəlliflərinin bu vilayətin Bağdadı adlandırdığı qədim tarixli Bərdədə anadan olmuşdur. İlk təhsilini dəo Bərdədə, öz doğma şəhərində almışdır. Sonrakı illərdə isə gənc Məkki təhsilini davam etdirmək məqsədi ilə Şərqin mədəni mərkəzlərindən sayılan Bağdada getmişdir. Bərdəli gənc Məkki ibn Əhməd bu böyük elm mərkəzində elmin bir çox sahələrini dərindən öyrənmişdir. Onun diqqətini daha çox o dövr əhalisinə sirr kimi görünən səma səltənəti və planetlərin hərəkəti qanunundan bəhs edən elm daha çox cəlb edirdi. Bunun xatirinə o astronomiya elmlərini dərindən öyrənir və təbii ki, xalq arasında onun qanunauyğun hərəkətindən söhbətlər açırdı. Yeri gəlmişkən qeyd etməliyik ki, təbiətşünaslığın bu obyektiv qanunlarını şərh etmək, ona ilahi sirr kimi baxan müsəlman şərqi adamlarına günəş, ay, zöhrə ulduzu və səma səltənətinin digər üzvlərindən söhbət açmaq, onların əsrlərdən bəri qıfıllıqalan qapılarını açıb geniş dəhlizinə daxil olaraq, o sirli-sehirli qanunu xalqa başa salmaq o qədər də asan iş deyildi. X əsrdə ilahi qüvvə sayılan Günəş, Ay guya Allah-Təala tərəfindən düzələn ulduzların təbii qanunundan bəhs edən hər kəs, din xadimləri tərəfindən cəza da ala bilərdilər. Şübhəsiz bu cəza və maneələrə Məkki dərin elmilə cavab verməliydi. Bunun üçün o çoxlu müşahidələr aparmalı idi. Özü də onun müşahidələri müxtəlif yerlərdən olmalıydı. Belə etdikdə alim indi həm dədönüb səyyah olurdu. Özünün səyahətləri zamanıo, Şərqin bir çox ölkələrini – İranı, İraqı, Orta Asiya vəbir çox ölkələri gəzmişdir. Onların elmi və mədəniyyət mərkəzi olan Bağdad, Dəməşq, Nişapur, Xorasan və digər şəhərlərin də xeyli yaşamışdır. Adlarını çəkdiyimiz ölkə və şəhərlərdə Məkki Bərdəyi yerli xalqların adəti, ənənəsi və sənətkarlığı, təsərrüfat həyatı, tarixi və etnoqrafiyası haqqında çoxlu məlumatlar toplamışdır. Alim həm də öz dövrünün görkəmli yazıçısıidi. O çox da uzun olmayan ömrü boyu həddən-ziyadə çoxlu kitablar yazmışdır. XIII əsrdə yaşamış görkəmli ərəb tarix və coğrafiya alimi Yaqud Həməvi yazırdı: –  Məkki İbn Əhməd əl-Bərdəyi ağılasığmaz dərəcədəçoxlu kitablar yazmışdı. Salnaməçiyə görə bu əsərlər elmin müxtəlif sahələrini əhatə edirdi.

  Çox mənalı ömür keçirən Məkki 965-ci ildə vəfat etmişdir. Onun əsərləri üzərində müəyyən qədər iş görülür və şübhəsiz ki, o öz səmərəsini gələcəkdə verəcəkdir. Alimin elmi və ədəbi-fəaliyyəti haqqında görkəmli tarixçilər, coğrafiya alimləri, şəqşünaslar qismən işaparmışlar. Belə alimlərdən mərhum tarixçi Z.İ.İbrahimi, coğrafiya alimi N.K.Kərəmovu göstərmək olar. Gənc şərqşünas-filosof Z.C.Məmmədov, arxeoloq Q.M.Əhmədov da yeri gəldikcə Məkki haqqında öz qiymətli mülahizələrini söyləmişlər.

Əbubəkr Bərdəi

Azərbaycanın ən qədim şəhərlərindən biri olan Bərdə xalqımızın elminə, mədəniyyətinə, sənət və sənətkarlığına çox görkəmli şəxsiyyətlər bəxş etmişdir. Onlardan biri də IX əsrin sonu X əsrin birinci yarısında yaşayıb yaratmış Əbubəkr Məhəmməd İbn Abdullah Bərdəi olmuşdur. O təqribən 890-cıillərdə Bərdədə anadan olmuşdur. Gələcəyin görkəmli hüquqşünas və ortadoksal demokratı Əbubəkr ilk təhsilini doğma şəhərdə almış, gənclik və sonrakı illərini fasilələrlə gah Bərdə, gah da Şərqin mədəni mərkəzlərindən biri olan Bağdadda keçirmişdir. Bu hal təbii ki, səbəbsiz də deyildi. Ona görəki, X əsrin ortalarından Bərdə şəhəri ziddiyətlərin düyün nöqtəsi idi. Bu dövrdə ölkənin paytaxtı olan gözəl, zəngin və dövlətli Bərdə də böyük dinlər və fatehlər arasında güclü çəkişmələr gedirdi. Bir tərəfdən ərəblər və onların təbliğ etdiyi islam dini, digər tərəfdən yerli xristianlıq və ona xidmət edən əhalinin gəlmə dinə müqaviməti, üçüncü tərəfdən çoxallahlılıqla əlaqədar azlıqda qalan əhalinin öz dinini mühafizə etmək cəhdləri və ən nəhayət Şimaldan Kür çayı vasitəsi ilə üzüb gələn rusların (943-944-cu illərdə) şəhəri əldə saxlamaq cəhdləri Bərdədə hərki-hərkiliyə səbəb olmuşdur. Beləki, ziddiyətli dövrdə gənc mötəziləçi güman ki, Bərdədə qala bilməyib müvəqqəti Bağdada getmişdir. Əbubəkr Bərdəinin müasiri olmuş və görkəmli adamların həyatınıözünün “Əlfihristi” (göstərici) əsərində təsvir etmiş ərəb müəllifi Məhəmməd İbn İsaq Ən-Nədm Əl-Vərraq Əl-Bağdadi (o 995-ci ildə vəfat etmişdir) onun haqqında xeyli məlumat vermişdir. Müəllifin yazmasına görə onlar 951-ci ildə görüşmüşlər. O öz əsərindəyazırdı: “Mən Əbubəkr Bərdəini gördüm. 

   Etdiyimiz ünsiyyətdən məlum oldu ki, o mötəziləməzhəbinin üzvü, xariciliyin fəqihlərindəndir.” Hələ dördüncü Xəlifə Əlinin dövründə(656-661) meydana gəlmiş xariciliyin mənfurəsində deyilir ki, Xəlifəliyin ümdə şərti onun ədalət və haqq tərəfdarı olmasıdır”. Onlara görə Xəlifəirsi olmamalıydı. Hakimiyyətə gələn hər kəsi Xəlifələrin qohumu vətanışları yox bütün müsəlmanlar seçməli idi. Onların fikrinə görə imam və ya hər hansı başçı müsəlman olan bütün şəxslərdən, habelə müxtəlif siniflərin və təbəqələrin nümayəndələrindən də seçilə bilərdi. Onlar tələb edirdilər ki, biz müsəlmanların ilk dövründə olduğu kimi demokratik seçki yolu ilə Xəlifəni seçməyə qayıtmalıyıq. Görkəmli Azərbaycan hüquqşünas alimi də bu partiyanın üzvü və əsas aparıcılarından biri olmuş və göründüyü kimi öz əsərlərində Əbubəkr Bərdəi xeyli səmərə verən demokratik fikirlər irəli sürmüşdür. İbn ən-Nədm fikrini davam edərək yazırdıki, bu məzhəb çox yerdəo cümlədən Əmman, Sicistan, Azərbaycan ölkəsi və şəhərlərində geniş yayılmışdır. Heç şübhəsiz ki, bu demokratik fikirlərin, xüsusilə Bərdədə intişarında Əbubəkrin xidməti az olmamışdır. İbn ən-Nədminin yazmasına görə o, olduqca çoxlu kitab yazmışdır. Görkəmli biblioqraf öz əsərində Əbubəkr Bərdəinin yazdığıaşağıdakıkitabların adını çəkmişdir. “Kitab Əl-Mürşid fi-l fiqhə” (fəqihədair rəhbər kitab), “kitab ər-rədd əla-əl müxalifinin fil fiqh” (fəqih barədə müxalifləri rədd etməkitabı), “Kitab təzkirət Əl Qərib fil fiqh” (fəqih barədə qəribin Xatiratı kitabı), “Kitab Ət-Təbəssür li-l mütəllimin” (öyrənənlər üçün dü-şüncə kitabı), “Kitab Əl-ihticac ələ əl-müxalifin” (müxaliflərə dair etiraz kitabı), “Kitab əl-Camifi üsul əl-fiqh” (fəqihin əsaslarına dair məcəllə kitabı), “Kitab Əd-dua” (dua kitabı), “Kitab Ən-nəsix vəl-mənsux fi-l Quran” (Quranda ləğv edən və ləğv edilən haqqında kitab), “Kitab əs-sünnə vəl-cəmaə” (sünnə və cəmaə kitabı), “Kitab əl-imamə” (imamətədair kitab), “ Kitab Naqd kitab İbn-ər-Rəvənli fi-l imamə” (imamətədair İbn Rəvəndinin kitabı əleyhinə kitab), “Kitab təhrim əl-Müskir” (məstedici maddəni qadağan etmə haqqında kitab), “Kitab ər-rədd əla mən qaləbi-l mütə” (mütəni təsdiqləyən kəsi rədd etmək barədə kitab), “Kitab Əl-iman və-n-nüzur” (iman vəvəd haqqında kitab). Adlarından göründüyü kimi kitablar orta əsr müsəlman şərqinin müxtəlif problemlərinə həsr edilmişdir. Əsərlərdə müəllif müsəlman şərqi üçün son dərəcə vacib olan məişət, tə-sərrüfat, dini məfkurə və s. məsələlərini obyektiv mərhələdən anlamaq kimi vacib məsələ qoymuşdur. O, özünün “Kitab təhrim əl-Müskir” (məstedici maddəni qadağan etmək haqqında kitab) kitabını həlli indi dəvacib olan məsələyə həsr etmişdir. Bundan başqa öz dövrünün demokratizmi, siyasi, ictimai, iqtisadi, fəlsəfi və hüquqi problemləri haqqında yazılmış bu kitablar Bərdəi Əbubəkrə dünya şöhrəti qazandırmışdır. O da digər xaricilər kimi ciddi siyasi təqiblərəməruz qalmış və zaman keçdikcə itib batmışdır. Onların müəllifi Əbubəkr Bərdəi isə o dövr ərəb şovinizminin təqib və sıxıntılarına məruz qalmış, nəhayət hicri tarixinin 350-ci ilində (miladinin 961-ci ili) vəfat etmişdir. Yeri gəlmişkən təəssüflə qeyd etmək olar ki, xalqımızın bu görkəmli oğlunun ictimai-siyasi,hüquqi-demokratik isri demək olar ki, bu gün belə öyrənilməmiş qalmışdır. Ancaq onun tərəfindən yazılan bu qədər kitablardan şübhəsiz ki, Şərqin qədim mədəni mərkəzlərinin əlyazma fondu, kitabxana və arxivlərində qalmamış deyil. Onlarıar aşdırıb tapmaq, tədqiq etmək şübhəyox ki, Azərbaycanda fəlsəfi fikir tarixinin inkişafını tədqiq edənlərə və öyrənənlərə böyük bir töhfə olar.