Bərdə rayon Mərkəzi kitabxanası

Bərdə rayon MKS
Bərdə və bərdəlilər
21 İyun , 2016

Beşinci əsrdən etibarən Azərbaycanın Şimal hissəsi olan Albaniyanın ictimai, iqtisadi vəmədəni həyatında çox mühüm tərəqqi nəzəri cəlb edir. Azərbaycan mədəniyyətinin həmin dövrdə yaranmış bəzi yadigarları bizim günlərə qədər gəlib çatmışdır. Yeddinci əsrdə yaşamış Dəvdəkin yazdığı “Şərq ölkəsinin kədəri” adlı mərsiyyəsi belə yadigarlardandır. Dəvdək bərdəlidir. O, xalqımızın istiqlaliyyətini qoruyan Sasanilərə və xəzərlilərə qarşı müqavimət göstərən, alban hökmdarı Cavanşirin müasiri, yaxın dostu və məsləhətçisi olmuş, onun xəlifə Müaviyyə ilə görüşlərində iştirak etmişdir. 681-ci ildə “Cavanşir Bizanspərəst əhval-ruhiyyəli Aran knyazlarının gizli qəsdi nəticəsində öldürüldükdə” (Ziya Bünyadov) Dəvdək sərkərdənin tabutu önündə mərsiyyə-poema oxumuşdur. Bu əsərində o, böyük vətənpərvər kimi xalqın dərin kədərini ifadəetmişdir. Mərsiyyə-poemadan bir parçanı oxuculara təqdim edirik: 

Mənim şərq ölkəmi bürüdü kədər,

Yayılmışcahana bu qara xəbər,

Qoy ellər eşitsin səsimi mənim,

Səsimə səs verib ağı desinlər!

Sakit həyatımız matəmlə doldu,

Bizə soyğunçular həp yağı oldu

Misilsiz bir dövlət çökdü kökündən,

O, parlaq şüası saraldı, soldu.

Cəsurdur, sanki bir heybətli aslan,

Susardı önündə düşmən hər zaman

Başçılar, işxanlar tabedir ona,

Sonsuz məhəbbətdən, həm də qorxudan.

Şöhrəti çatmışdı uzaq ellərə,

Adı yayılmışdır bütün ellərə,

Dünya heyrət ilə əhsən deyərdi,

Ondakı zəkaya, elmə, hünərə.

İşıqdı dünyada bizə hökmdar,

Əmrinə tabedir dağlar, dalğalar,

Tamam ram etmişdi böyük Cavanşir,

Dünyada nə qədər istilaçıvar.

Qürurun məlumdur bütün cahana,

Min yara vurardın asi düşmana,

Noldu günəşimiz azdıyolunu,

Qulların övladı əl açdı Sana?

Ona qıymış olan məlum bədniyyət,

Ona vermiş olan əzab-əziyyət,

Görüm min lənətə gəlsin o xain,

Gəzsin Qabil kimi, olmasın rahat.

Qara tikan bassın onun yolunu,

Bayquşlar bürüsün sağ və solunu,

Düzlərdə qarğalar qonsun başına

Yırtıcı heyvanlar izləsin onu.

Olsun sığnacağı onun tikanlar,

Daraşsın canına əfi ilanlar,

Tökülsün üstünə zəhərlə acı,

Şişsin və partlasın görüm o murdar.

Cavanşir, Cavanşir, ey ulu igid,

Sənə dağ və dəniz heyrandı gerçək,

Əmrinə tabedir ən azğın külək,

Sənin həsrətinlə cuşa gələnlər

Qıracaq düşmanınar çubuğu tək. 

Həmin sətirləri Mikayıl Rzaquluzadə, əsərin bütöv mətnini isəXəlil Rza tərcümə etmişdir. Dərin bədii ehtirasla yazılmışbu əsər müəllifin daha bir çox bədii əsərlər yazmışolduğunu bildirir.

Dəvdək Cavanşirin ölümündən sonra Bərdədəvəfat etmişdir.