Bərdə rayon Mərkəzi kitabxanası

Bərdə rayon MKS
Bərdə və bərdəlilər
22 İyun , 2016

Mühyiddin Məhəmməd Bərdəi filosof, ilahiyatçı və hənəfeylik üzrə hüquqşünas

      Mühyiddin Məhəmməd Bərdəini “Görkəmli alim” adlandıran İbn İmad Həmbəli (1678-?) onun ziyalı ailəsindən çıxdığını, ilk təhsilini atasından aldığını yazır. Məhəmməd Bərdəi Bərdədən Şiraz və Heart şəhərlərinə gedib müxtəlif elmləri dərindən öyrəndikdən sonar Bursa şəhərinin Əhməd Paşa mədrəsəsində müəllimlik etmişdir.

      Azərbaycan mütəfəkkiri məntiq, fəlsəfə və Quranın təfsirinə dair əsərlərin müəllifidir.

      Məntiqdən bəhs edən “Kateqoriyalara giriş” kitabının haşiyəsinin əlyazma nüsxələri Sankt Peterburq, Tehran və dünyanın başqa yerlərində saxlanılır. Qahirənin Xiliviyyə kitabxanasındakı nüsxəni xəttat İsmayıl ibn Əli 1641-ci ildə köçürüb qurtqrmışdır. Məhəmməd Bərdəinin bu traktatına orta əsrlərdə “İzahat”  (əl-“Təliqat”)” yazılmışdır.Onun bir əlyazma nüsxəsi Rusiya EA Şərqşünaslıq İnstitutunun Sank Peterburq bölməsindədir.