Bərdə rayon Mərkəzi kitabxanası

Bərdə rayon MKS
Bərdə və bərdəlilər
23 İyun , 2016

Gülşəni Bərdəi şair

Gülşəni Bərdəinin yaradıcılığı XV-XVII əsrlərə-Azərbaycanın ictimai-mədəni həyatının yeni yüksəliş dövrünə təsadüf edir.

      Bərdəi 1426-cı ildə Azərbaycanda anadan olmuşdur.Türk tədqiqtçısı Əhməd Həlminin yazdıqlarından məlum olur ki, Gülşəni Bərdəi 2 yaşında ikən atasını itirmiş, əmisi Seyid   Əlinin himayəsində tərbiyə almış, atasından ona çoxlu kitab qalmışdır.

       Gənc yaşlarında Bərdədən Təbrizə gələn Gülşəni XV əsrin filosofu Seyid Yəhya Şirvani Bakuvinin yetirməsi Dədə Ömər Rövşəninin tələbəsi olmuşdur.

       Bir müddət Türkiyə və Misirdə yaşamış Gülşəni yerli əhali tərəfindən doğma övlad kimi sevilmişdir. Gülşəninin ədəbi iris ”Raznamə”, “Qəddənnamə”, “Simurqnamə”, Pəndnamə”, “Məsnəviyi-xəfi”, İbn-Əl-Farizin “Qasideyi taiyyə” sinə yazdığı cavabdan və Azərbaycan, ərəb, fars dillərində olan         divanlardan ibarətdir. Əsərləri dünyanın müxtəlif əlyazma xəzinələri və kitabxanalarında mühafizə edilməkdədir. Misirin Xidviyyə, İstambulun Universitet və Millət, Rusiyanın Şərqşünaslıq İnstitutunun Leninqrad bölməsi kitabxanalarında Gülşəni Bərdəinin dibanları saxlanılır.

       Gülşəni Bərdəinin şerləri –eşq, məhəbbət, sədaqət, dostluq haqqında himndir. Əsərlərinin dili dörü ilə həmahəng elmi dil nümunəsi tək diqqəti cəlb etdiyi kimi, sadə xalq danışığına yaxınlığı ilə maraq doğurur