Bərdə rayon Mərkəzi kitabxanası

Bərdə rayon MKS
Kitabxanamız haqqında
24 İyun , 2016

Bərdə Rayon Mərkəzi Kitabxanası 1954-cü ildən fəaliyyət göstərir. Kitabxana 1980-cı ilin noyabr ayından mərkəzləşdirilmişdir. Mərkəzləşdirilmiş Kitabxana Sisteminin tərkibində 1 mərkəzi kitabxana, 4 şəhər kitabxana filialı, 49 kənd kitabxana filialı fəaliyyət göstərir. MKS-nin kitab fondu 532230 nüsxə, oxucularının sayı 42060 nəfərdir. Kitabxanada 2009-cu ilin oktyabr ayından "Elektron kitabxana" yaradılmışdır. Bu regionda ilk elektron kitabxanadır. Hörmətli oxucular siz barda.cls.az  saytından kitabxanamız haqqında daha ətraflı məlumat əldə edə bilərsiniz.