Bərdə rayon Mərkəzi kitabxanası

Bərdə rayon MKS
KİV-də Bərdə
11 İyun , 2016
Bərdədə barama tədarükünə başlanıb

Bərdə rayonunun təsərrüfatlarında barama tədarükünə başlanmışdır.

Kümçülər indiyədək 2.171 kiloqram barama təhvil vermişlər. Daha 1000 kiloqram barama tədarük olunacağı gözlənilir. Təcrübəli kümçülər yaxşı nəticələr qazanırlar. Lənbəran kəndindən Əhəd Qasımov 250 kiloqram, Həsənqaya kəndindən İlham Əliyev 133 kiloqram, Mollalı kəndindən Nəbi Əzizov 115 kiloqram barama təhvil vermişlər.

Təcrübəli kümçü Əhəd Qasımov baramaçılığın inkişafına dövlət qayğısından razılıq edərək dedi:

- Biz dədə-babadan kümçüyük. Baramaçılığın gəlirli sahə olduğunu yaxşı bilirik. Neçə il idi ki, bu işlə məşğul olmurduq. Bu il yenidən baramaçılığa üz tutmuşuq. 250 kiloqram yüksək keyfiyyətli barama təhvil vermişəm. Hər kiloqrama 8 manat hesabı ilə 1000 manatı elə qapanın yanında verdilər. Cəmi 40 gün ərzində bu qədər qazanc götürmək bizim üçün çox sərfəlidir. Ona görə də gələn il bundan  2-3 dəfə çox barama istehsal etməyi qərara almışıq.

Rayonda barama tədarükü davam edir.

 

L.QULİYEV,

“Azərbaycan”