Bərdə rayon Mərkəzi kitabxanası

Bərdə rayon MKS
Xəbərlər
1 İyun , 2016

Cəmiyyətin həssas və kövrək zümrəsi olan uşaqlar ölkəmizdə daim yüksək qayğı, diqqət və nəvazişlə əhatə olunublar. Azərbaycan cəmiyyəti həmişə uşaqlara məhəbbətlə yanaşıb, onların sağlam və gümrah, eyni zamanda, savadlı və vətənpərvər böyümələri üçün hər cür şərait yaratmağa çalışıb, hər şeyin yaxşısı uşaqlara verib. Uşaqlara diqqət biz kitabxanaçılarında qarşıya qoyduğu vəzifələrdən biridir. Bu məqsədlədə 1 iyunda kitabxanaçılarımızda uşaqlar üçün Bərdə rayon Heydər Əliyev parkında hazırlanan böyük tədbirdə iştirak etmişlər və uşaqlarla birlikdə xoş və mənalı saatlar keçirmişlər.

Foto Qalereya