Bərdə rayon Mərkəzi kitabxanası

Bərdə rayon MKS
KİV-də Bərdə
17 Aprel , 2016

Nəhayət, su problemimiz həll olundu

Bizim Əlyanlı kəndinin  əhalisi uzun zamandan bəri içməli su sarıdan korluq çəkirdi. Bu problemi həll etmək üçün çox çalışsaq da, etiraf edim ki, yeni artezian quyusu qazdırmağa gücümüz çatmırdı. Beləcə, bu istəyimizi imkansızlıqdan həyata keçirə bilmirdik.

Respublika Prezidenti İlham Əliyevin tapşırığına əsasən, bu yaxınlarda daxili işlər naziri Ramil Usubov Bərdədə rayon ictimaiyyətinin nümayəndələri ilə növbəti görüş keçirirdi. Hörmətli nazir vətəndaşları diqqətlə dinləyir, əhalini narahat edən problemləri qeydə alırdı. Görüşdə mən də çıxış edib kəndimizin su problemini dilə gətirdim. Nazir kömək edəcəyinə söz verdi. Bizim üçün unudulmaz olan o görüşün elə səhəri günü kəndimizdə yeni artezian quyusunun qazılmasına başlanıldı. Qısa müddət ərzində dərinliyi 300 metrdən çox olan artezian quyusu qazılıb istifadəyə verildi. O gün kəndimizdə əsl bayram idi! Xalqa, camaata göstərilən bu qayğı, bu diqqət dövlət başçısının yeritdiyi müdrik siyasətdən qaynaqlanır. Biz bunu aydın şəkildə dərk edir və yüksək qiymətləndiririk. Daxili işlər nazirinə də ayrıca təşəkkür edirik.

 

Telman İBİŞOV,

Bərdə rayonu Əlyanlı kəndi