Bərdə rayon Mərkəzi kitabxanası

Bərdə rayon MKS
Xəbərlər
19 May , 2016

Hər bir ölkənin tarixi öyrənilərkən birinçi növbədə onun mədəniyyəti öyrənilir.
Hazırda Azərbaycan dünya ölkələri içərisində həm iqtisadiyatı həmdə mədəniyyəti ilə seçilən ölkələrdən biridir.
     Respubilkamızda regionların sosial iqtisadi inkişafı mədəniyyət sahələrinin inkişafına da böyük təsir göstərmişdir.
     Bu baxımdan aran Qarabağın mərkəzi olan Bərdə rayonunda sosial iqtisadi inkişafla yanaşı mədəniyyət sahələrinin inkişafı da xüsusi yer tutur.
Bu işlərin həyata keçirilməsində Bərdə rayon Mədəniyyət və Turizm şöbəsinin müdiri İlyas Hacıyevin danılmaz əməyi olmuşdur. Bu günlərdə Mədəniyyət və Turizm nazirinin müavini Ədalət Vəliyev Bərdə rayonunda olmuş, Bərdə rayon Mədəniyyət və Turizm şöbəsinin tabeliyində olan müəssisələrlə yaxından tanış olmuşdur. Belə ki, Rəsm Qaleriyasında rəsm sərgisində, 1 və 4 nömrəli uşaq incəsənət məktəblərində dərs prosesində, həmcinin Bərdə rayon Tarix - Diyarşünaslıq muzeyində “Muzeylər günü ” münasibətilə təşkil edilən sərgidə iştirak etmiş və Mərkəzi kitabxanada olmuşdur. Kitabxanada olarkən burada oxuculara yaradılan şəraitlə tanış olmuş, mövcud vəziyyət, problemlər və ehtiyacları ilə maraqlanmış və təkliflər irəli sürmüşdür.

Foto Qalereya