Bərdə rayon Mərkəzi kitabxanası

Bərdə rayon MKS
Xəbərlər
30 Dekabr , 2015

Qarabağın dilbər güşələrindən biri olan, tarixi keçmişi ilə diqqətləri çəkən Bərdəmizdə bayraq meydanında 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi GünüYeni il münasibətilə Bərdə rayon Icra Hakimiyyətinin rəhbərliyi Mədəniyyət və Turizm şöbəsinin təşkilatçılığı ilə konsert təşkil olunmuşdur. Konsert proqramında Bərdə rayon sakinləri və şəhərin qonaqları iştirak edirdilər.

       Bərdə rayon İcra başcısı Vidadi İsayev 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə rayon sakinlərini təbrik edərək rayon sakinlərinə 2016-cı ildə can sağlığı və ailə sadəti arzuladı. Respublikamızda və rayonumuzda görülmüş geniş tikinti-quruculuq işlərindən, sosial-iqtisadi inkişafdan danışdı və bu inkişafın Cənab Prezidentin həyata kecirdiyi siyasətin bir hissəsi olduğunu vurğuladı.

     Biz kitabxana işçiləri də bu  bu tədbirdə iştirak etdik. Çox xoş bir gün keçirdik və xoş təəsüratlarla təşkil edilmiş konsert proqramından ayrıldıq.