Bərdə rayon Mərkəzi kitabxanası

Bərdə rayon MKS
Xəbərlər
16 Dekabr , 2015

15 dekabr 2015-ci il tarixdə Bərdə rayon Səməd Vurğun adına Mərkəzi kitabxanasında “Kitabi-Dədə Qorqud”un alman dilinə tərcüməsinin 200 illiyinə həsr edilmiş “Xalqımızın söz abidəsi” adlı dəyirmi masa təşkil edilmişdir. Tədbirdə rayon ziyalıları, Bərdə yazarları, Bərdə Dövlət İdarəetmə və Texnologiya kollecinin müəllim və tələbələri, fəal oxucular iştirak edirdi.

    Tədbiri giriş sözü ilə oxuculara xidmət şöbəsinin müdiri Almaz Zülfüqarova açaraq bildirdi ki, bizim zəngin tariximiz, qədim mədəniyyətimiz və milli mənəvi dəyərlərimiz “Kitabi Dədə Qorqud” eposunda öz əksini tapıb. “Kitabi Dədə Qorqud” dastanı istər etnik mənşə, istər tarixi, coğrafi, ərazi, istərsə də dil və məfkurə baxımdan Azərbaycan xalqına mənsub olması fikirini qəti şəkildə təsdiq edir.

  Sonra tədbir iştirakçıların çıxışları ilə davam etdi.