Bərdə rayon Mərkəzi kitabxanası

Bərdə rayon MKS
Xəbərlər
11 Noyabr , 2015

 11 noyabr 2015-ci il tarixdə Bərdə rayon Mərkəzi kitabxana “Regional insan hüquqları və Media Mərkəzi ictimai birliyi” ilə birlikdə “Elektron Hökumət”in təbliği ilə bağlı seminar keçirildi.

  Tədbirdə bərdə şəhər məktəbinin müəllimləri, rayon ziyalıları və kitabxananın fəal oxucuları iştirak edirdi.

  Məruzəçi Ə.Məmmədli «Elektron hökumət» portalında qeydiyyat proseduru və elektron xidmətlərdən istifadə qaydalarını əyani şəkildə iştirakçılara göstərdi. Həmçinin, mövzu ilə bağlı seminar iştirakçılarını maraqlandıran sualları cavablandırıldı.

  Qeyd edək ki, tədbirdə iştikakçılara Regional İnsan Hüquqları və Media Mərkəzi tərəfinfən hazırlanan «Elektron hökumət»dən sən də yararlan!” adlı buklet paylanıldı.