Bərdə rayon Mərkəzi kitabxanası

Bərdə rayon MKS
Xəbərlər
6 Noyabr , 2015

6 noyabr 2015-ci il tarixdə Bərdə rayon Mərkəzi kitabxanasında Azərbaycan Dövlət Bayrağı Günənə həsr edilmiş “İstiqlalımın əbədiyyət sancağı -  Azərbaycan bayrağı” adlı dəyirmi masa təşkil edilmişdir. Tədbirdə 3 saylı musiqi məktəbinin müəllimləri, rayon Mədəniyyət mərkəzinin və Şəkil Qalereyasının işçiləri, 4 saylı orta məktəbin müəllim və şagirdləri və fəal oxucular iştirak edirdi.

Tədbirdə kitabxana işçiləri və qonaqlar Bayraq Gününün əhəmiyyətindən, keçmişdən, bu günümüzə qədər keçdiyi keşməkeşli yollarından bəhs etdilər.  

 Sonda Bayarq Gününə həsr edilmiş video çarx nümayiş etdirildi.