Bərdə rayon Mərkəzi kitabxanası

Bərdə rayon MKS
Xəbərlər
12 Oktyabr , 2015

Bərdə rayon Mərkəzi Kitabxanasında Mədəniyyət Mərkəzlərinin yaradılması ilə bağlı Azərbaycan Respublikasının Mədəniyyət və Turizim Naziri cənab Əbülfəs Qarayevin 29.04.2015- ci il tarixli, 217 saylı əmrinin icrası ilə bağlı Səyyar Seminar keçirilmişdir. Seminarda Mədəniyyət və Turizim Nazirliyinin nümayəndələri Yaşar Hüseyinli və Vüqar Məmmədov  iştirak edirdi. 7 rayonun Mədəniyyət işçilərinin iştirakı ilə keçirilən Seminar Müşavirədə Mədəniyyət Mərkəzlərinin yaranmasının müasir dövrün tələblərinə uyğun olduğu və bu yöndə görüləcək işlərdən və qarşıda duran vəzifələrdən danışıldı.