Bərdə rayon Mərkəzi kitabxanası

Bərdə rayon MKS
Azərbaycanın kitab abidələri
23 Aprel , 2015

TARİX MƏDƏNİYYƏT ABİDƏLƏRİNİN

QORUNMASI  HAQQINDA

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

 Bu Qanun tarix və mədəniyyət abidələrinin qorunması, öyrənilməsi və onlardan istifadə ilə bağlı münasibətləri tənzimləyir.

            I FƏSİL

ÜMUMİ MÜDDƏALAR

 Maddə 1. Tarix və mədəniyyət abidələrinin qorunması

 Azərbaycan Respublikası  Konstitusiyasının 77-ci maddəsinə görə  tarix və mədəniyyət abidələrini qorumaq hər kəsin borcudur.

Tarix və mədəniyyət abidələri xalqın milli sərvətidir.

Dövlət tarix və mədəniyyət abidələrinin qorunmasına təminat verir, onların elmi tədqiqi və təbliği ücün zəruri olan qurumların yaradılmasını, fəaliyyətini və inkişafını təmin edir, abidələrdən səmərəli istifadə ücün şərait yaradır.

Qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanları, yerli özünüidarə orqanları, siyasi partiyalar, ictimai birliklər, həmkarlar ittifaqları təşkilatları, hüquqi və fiziki şəxslər tarix və mədəniyyət abidələrini qorumalı, onları qorumaqla məşğul olan müvafiq icra hakimiyyəti orqanlarına, yerli özünüidarə orqanlarının yaratdığı təsisatlara və qeyri-dövlət təşkilatlarına yardım göstərməlidirlər.

Bu maddənin dördüncü hissəsində göstərilən subyektlər tarix və mədəniyyət abidələri yerləşən ərazidə torpaq və ya inşaat işləri görərkən Azərbaycan Elmlər Akademiyasının rəyi nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanlarından qabaqcadan icazə almalı və belə icazə alındıqdan sonra torpaq və ya inşaat işlərini görərkən müvafiq icra hakimiyyəti orqanlarının və mütəxəssislərin abidələrin qorunması barədə göstərişlərini icra etməlidirlər.

 Maddə 2. Tarix və mədəniyyət abidələrinin anlayışı və təsnifatı

 Tarix və mədəniyyət abidələri (bundan sonra-abidələr) arxeoloji və memarlıq obyektləri, etnoqrafik, numizmatik, epiqrafik, antropoloji materiallar, tarixi hadisə və şəxsiyyətlərlə bağlı olan bina, xatirə yerləri, əşyalar xalqın dini əqidəsi ilə bağlı dəyərlərdir.

Abidələr daşınar (səyyar) və daşınmaz (stasionar) ola bilər. Daşınar abidələr muzeylərdə, arxivlərdə, fondlarda, sərgilərdə və digər münasib yerlərdə, daşınmaz abidələr əksər hallarda arxeoloji və memarlıq abidələri olmaqla olduğu və inşa edildiyi yerlərdə qorunur.

Bu Qanunda istifadə edilən anlayışlar aşağıdakı mənaları ifadə edir:

a) arxeoloji abidələr – insanın fəaliyyəti ilə əlaqədar yer altında olan maddi mədəniyyət nümunələri, o cümlədən ibtidai insan düşərgələri və yaşayış məskənləri, qədim qəbiristanlar, müdafiə sistemləri və istehkamlar, ziyarətgahlar, hər cür qədim əşyalar, dini və xatirə abidələri, qaya və daşüstü təsvirlər və yazılar, qədim mədən istismar izləri, əmək alətləri, istehsal kürələri, qədim yollar, körpü qalıqları, arxlar, ovdan və kəhrizlər, su kəmərləri, kürəbəndlər və s;

b) memarlıq abidələri - öz həcm-plan həllini kifayət qədər saxlayan qurmalar, müxtəlif təyinatlı memarlıq-inşaat binaları, yardımcı obyektlər, mühəndis kommunikasiyaları;

məskənsalma (şəhərsalma) abidələri; ərazisinin əksər hissəsi memarlıq tarixi-mədəni sənətkarlıq abidələri və tikililəri ilə tutulan, ənənəvi məhəllələrə bölünən, bəzən də qala divarları ilə əhatə edilən, kücə şəbəkəsini və mühəndis kommunikasiyalarını qismən saxlayan yaşayış məntəqələri, bağ-parklar, xiyabanlar, incəsənət nümunələri; yeni yaranmış memarlıq abidələri; öz həcm–plan, bədii-estetik, istismar-funksional və texniki –konstruktiv həllinə görə uzunömürlü memarlıq binaları və qurmalar; kicik memarlıq formaları; monumentlər, obelisklər, fəvvarələr, şəlalələr, bulaqlar, hovuzlar, köşklər və ərazidə xüsusi mövqe tutan başqa yaradıcılıq obyektləri;

c) tarix abidələri – cəmiyyət və dövlət tarixi ilə, müharibə və milli azadlıq hərəkatı ilə, elm və texnikanın inkişafı, xalqın həyatındakı mühüm tarixi hadisələrlə bağlı dəyərlər, dövlət xadimlərinin və hərbi xadimlərin, Sovet İttifaqı Qəhrəmanlarının, Milli Qəhrəmanların, görkəmli elm və incəsənət xadimlərinin həyatı ilə bağlı qurmalar;

mənzillər, xatirə yerləri, sənədlər və əşyalar, etnoqrafik abidələr – xalqın maddi, mənəvi, ideoloji, sənətkarlıq və təsərrüfat həyatını özündə əks etdirən qurmalar və əmək alətləri, əşyalar, epiqrafik abidələr - üzərində yazılar olan müxtəlif daş, gil, ağac və metal nümunələri;

c) sənədli abidələr – rəsmi dövlət orqanlarının aktları, qədim əlyazmaları; nadir cap əsərləri, arxivlər, o cümlədən fono, foto və kino arxivlər;

d) incəsənət  abidələri – rəsmi  və estetik dəyəri olan bədii, təsviri, dekorativ-tətbiqi sənət nümunələri;

e) qoruqlar – tarix və mədəniyyət ücün böyük əhəmiyyəti olan, dövlət tərəfindən mühafizə edilən ərazilər və ya məskənlər;

ə) abidələrin mühafizə zonası – abidələrin görkəminə xələl gətirməmək məqsədilə onların yerləşdiyi sahənin ətrafında abidənin xarakterindən asılı olaraq  müəyyən edilən əlavə tənzimləmə zonası.

 Maddə 3. Abidələrin qorunması haqqında Azərbaycan Respublikasının qanunvericiliyi

 Abidələrin qorunması haqqında Azərbaycan Respublikasının qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasından, bu Qanundan, Azərbaycan  Respublikasının digər qanunvericilik aktlarından və tərəfdar cıxdığı beynəlxalq müqavilələrdən ibarətdir.

 Maddə 4. Abidələr üzərində mülkiyyət

 Abidələr dövlət və bələdiyyə mülkiyyətində, eləcə də xüsusi mülkiyyətdə ola bilər.

Dövlət mülkiyyətində olan abidələrin özəlləşdirilməsinə (yerli əhəmiyyətli memarlıq abidəsi kimi qeydə alınan yaşayış binaları və onların ayrı-ayrı hissələri istisna olmaqla) yol verilmir.

Özəlləşdirilmiş yaşayış binalarının və onların ayrı-ayrı hissələrinin görkəmini və daxili quruluşunu pozmaq, onların mədəni, tarixi dəyərinə xələl gətirə biləcək hər hansı hərəkət etmək qadağandır.

Dövlət qeydiyyatından kecmiş və xüsusi mülkiyyətdə olan abidələr satıldıqda dövlət onları almaqda üstün hüquqa malikdir.

Hər hansı bir ərazidə yeni abidə aşkar olunarsa, həmin ərazi tarixi-mədəni əhəmiyyətli zona hesab olunur və onun yerləşdiyi torpaq sahəsi üzərindəki tikililərlə birlikdə qanunvericiliklə nəzərdə tutulmuş qaydada dövlət tərəfindən satın alına bilər.

Xüsusi mülkiyyətində olan abidələr dövlət tərəfindən qeydə alınır və onlar satılarkən mülkiyyətci müvafiq icra hakimiyyəti orqanına bu haqda məlumat verməlidir.

Müvafiq icra hakimiyyəti orqanının icazəsi olmadan xüsusi mülkiyyətində olan abidələr xaricə aparıla bilməz.

 Maddə 5. Abidələrin qorunması, bərpası, əhəmiyyət dərəcələrinin təyin edilməsi və onlardan istifadə olunmasında Azərbaycan Elmlər Akademiyasının iştirakı

 Azərbaycan Elmlər Akademiyası abidələrin aşkar olunması, tədqiqi işini, aşkar olunmuş maddi-mədəniyyət qalıqlarının mühafizəsini təşkil edir, yeni tikinti zonalarında operativ tədqiqat işləri aparır, abidələrin əhəmiyyət dərəcələri üzrə qeydə alınmasında iştirak edir, zəruri hallarda maddi-mədəniyyət qalıqlarında konservasiya və bərpa işləri görür, abidələrin təbliğini təşkil edir, onların qorunması, tədqiqi, bərpa və konservasiyası ücün metodik vəsaitlər hazırlayır, elmi-praktiki məsləhətlər verir, abidələrin tədqiqi ücün beynəlxalq protokollar və sazişlər imzalayır və Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirir.

Abidələrin bərpa layihəsi Azərbaycan Elmlər Akademiyasının rəyi nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir.

 II FƏSİL

ABİDƏLƏRİN DÖVLƏT QEYDİYYATI VƏ ƏHƏMİYYƏT DƏRƏCƏLƏRİ

 Maddə 6. Abidələrin dövlət qeydiyyatı

 Abidələrin siyahıya və dövlət qeydiyyatına alınmasını, pasportlaşdırılmasını, abidələrin siyahısının təsdiqini və daşınmaz abidələrin xəritələrinin hazırlanmasını müvafiq icra hakimiyyəti  orqanı həyata kecirir.

 Maddə 7. Abidələrin əhəmiyyət  dərəcələri

 Abidələr dünya, ölkə və yerli əhəmiyyətli abidələrə bölünür. Abidələrin əhəmiyyət dərəcələrinə görə bölgüsünü Azərbaycan Elmlər Akademiyasının rəyi əsasında müvafiq icra hakimiyyəti orqanı beynəlxalq normalara uyğun aparır, tərtib və təsdiq edir.

Təsdiqlənmiş siyahıya daxil edilmiş abidənin həmin siyahıdan cıxarılmasına yol verilmir.

Dünya əhəmiyyətli abidələrin siyahısı müvafiq beynəlxalq təşkilatlara təqdim edilir.

 Maddə 8. Azərbaycan Respublikasının ərazisindən kənarda yerləşən Azərbaycana aid abidələrin qeydiyyatı

 Azərbaycan  Respublikasından kənarda yerləşən Azərbaycana aid abidələri müvafiq icra hakimiyyəti orqanı xüsusi siyahı tərtib etməklə dövlət qeydiyyatına alır, onların qorunması, bərpası ilə bağlı problemlərin həllində abidələrin yerləşdiyi ölkələrin müvafiq orqanları ilə əməkdaşlıq edir.

 III FƏSİL

ABİDƏLƏRİN QORUNMASININ DÖVLƏT TƏMİNATI

 Maddə 9. Abidələrin qorunması, öyrənilməsi, bərpası və konservasiyasının maliyyələşdirilməsi

 Abidələrin qorunması, öyrənilməsi, bərpası və konservasiyası dövlət büdcəsindən və yerli büdcələrdən ayrılan vəsaitlər, fiziki və hüquqi şəxslərin maliyyə yardımları və ianələri hesabına maliyyələşdirilir.

 Maddə 10. Abidələrin toxunulmazlığı

Abidələrin bədii-estetik görkəminin dəyişdirilməsi, ucurulması və onlar ücün təhlükə yarada biləcək təmir, inşaat, təsərrüfat və digər işlərin aparılması qadağandır.

 Maddə 11. Mülkiyyətində və ya istifadəsində abidələr olan fiziki və hüququ şəxslərin vəzifələri və məsuliyyəti

 Mülkiyyətində və ya istifadəsində abidələr olan fiziki və hüquqi şəxslər abidələrin qorunması, tədqiqi və onlardan istifadə edilməsi qaydalarına ciddi əməl etməlidirlər.

Mülkiyyətində və ya istifadəsində abidələr olan fiziki və ya hüquqi şəxslər abidələrin salamatlığına görə Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyət daşıyırlar.

 Maddə 12. Qoruq sərhədi daxilində və mühafizə zonalarında dövlət əhəmiyyətli inşaat və mühəndis kommunikasiya işləri görülərkən abidələrin qorunması

 Qoruq sərhəddi daxilində və mühafizə zonalarında abidələr ücün hər hansı təhlükə yarada bilən dövlət əhəmiyyətli inşaat və mühəndis kommunikasiya işləri müvafiq icra hakimiyyəti orqanlarının razılığı ilə görülə bilər. Həyata kecirilən təhlükəsiz tədbirləri inşaat işlərini aparan subyektin vəsaiti hesabına maliyyələşdirilir.

Abidələrə yaxın olan və ya onların mühafizə zonasından kecən yol sahələrində nəqliyyat vasitələrinin hərəkəti abidələrin qorunması ücün təhlükə yaradarsa, müvafiq icra hakimiyyəti orqanı onların hərəkətini məhdudlaşdıra və ya qadağan edə bilər.

 Maddə 13. İnşaat və digər təsərrüfat işləri görülərkən aşkar edilən abidələrin qorunması

 İnşaat və digər təsərrüfat işləri görülərkən abidə aşkar edilərsə, dərhal işlər dayandırılmalı, bu barədə müvafiq icra hakimiyyəti orqanlarına və Azərbaycan Elmlər Akademiyasına məlumat verilməlidir. Bu halda inşaat və digər təsərrüfat işləri mütəxəssislərin rəyi nəzərə alınmaqla yalnız müvafiq icra hakimiyyəti orqanının və Azərbaycan Elmlər Akademiyasının icazəsi ilə davam etdirilə bilər.

İnşaat və digər təsərrüfat işləri tarixi və arxeoloji əhəmiyyət kəsb edən zonada aparılarsa, həmin ərazi əvvəlcədən mütəxəssislər tərəfindən nəzərdən kecirilir və abidələrin ilkin tədqiqi təmin edilir. Müvafiq icra hakimiyyəti orqanı həmin işlər aparılan yerdə öz nümayəndəsinin və mütəxəssisin iştirakını təmin edir.

 Maddə 14. Yeni inşaat sahələrində arxeoloji tədqiqatlar

 Magistral mühəndis kommunikasiyalarının (neft, qaz kəmərlərinin və s.) cəkilişi zamanı, hektardan cox ərazini əhatə edən sahələrdə inşaat işləri aparılarkən texniki-iqtisadi əsaslandırma mərhələsində bu işləri həyata kecirən təşkilat tərəfindən görüləcək işlər barədə müvafiq icra hakimiyyəti orqanına və Azərbaycan Elmlər Akademiyasına müraciət edilməli və abidələrin ilkin axtarış işlərinin aparılması ücün vəsait ayrılmalıdır.

Həmin zonada arxeoloji abidə aşkar olunarsa, müvafiq icra hakimiyyəti orqanının icazəsi olmadan və lazımi elmi tədbirlər görülmədən inşaat və təsərrüfat işlərinin aparılmasına yol verilmir.

 Maddə 15. Dəfinələrdə aşkar edilmiş və ya tapılmış abidələrin müqəddəratı

 Dəfinələrdə aşkar edilmiş və ya tapılmış abidələr dövlətə təhvil verilməlidir. Dövlətə təhvil verilmiş abidələrə görə dəfinəni aşkar etmiş və əşyanı tapmış şəxsə Azərbaycan Respublikasının mülki qanunvericiliyində nəzərdə tutulmuş qaydada mükafat verilir.

Təsadüfən aşkar edilmiş abidələrin mülkiyyətcisi və ya istifadəcisi abidə haqqında müvafiq icra hakimiyyəti orqanına məlumat verməlidir. Təsadüfən aşkar edilmiş abidə müvafiq icra hakimiyyəti orqanı tərəfindən dövlət qeydiyyatına alınmalı və abidənin elmi sənədləşdirilməsi təmin edilməlidir.

 Maddə 16. Abidələrin xaricə aparılması və geri qaytarılması

 Daşınar abədələrin elmi-təbliğat və mədəni mübadilə məqsədilə Azərbaycan Respublikasından xaricə müvəqqəti aparılması yalnız müvafiq icra hakimiyyəti orqanının icazəsi ilə həyata kecirilə bilər. Bu məqsədlərlə abidələrin müvəqqəti ölkədən cıxarılması ücün müvafiq icra hakimiyyəti orqanı gömrük orqanlana yazılı təqdimat verməlidir.

Xaricə müvəqqəti aparılmış abidələrin geri qaytarılmaması qadağandır.

Azərbaycan Respublikasından xaricə qanunsuz aparılmış abədələrin axtarışını, tapılmasını və geri qaytarılmasını müvafiq icra hakimiyyəti orqanları həyata kecirir.

 Maddə 17. Abidələrin mülki dövriyyəsinin xüsusiyyətləri

 Dövlət mülkiyyətində olan dünya və ölkə əhəmiyyətli daşınar abidələrin satılması qadağandır.

Daşınar abidələr alındıqda və ya satıldıqda bu barədə müvafiq icra hakimiyyəti orqanına məlumat verilməlidir.

 Maddə 18. Müharibə və silahlı münaqişə zamanı abidələrin qorunması

Döyüş təhlükəsi olan ərazilərin və döyüş zonalarından daşınar abidələrin köcürülməsini müvafiq icra hakimiyyəti oqranı həyata kecirir.

Dövlət işğalcı tərəfindən qənimət kimi ələ kecirilmiş abidələr haqqında beynəlxalq təşkilatlar qarşısında məsələ qaldırır və onların qaytarılması və bərpası ücün tədbirlər görür.

Abidələr hərbi məqsədlər ücün istifadə edilə bilməz.

 IV FƏSİL

ABİDƏLƏRDƏN İSTİFADƏ  QAYDALARI

 Maddə 19. Dövlət ya bələdiyyə mülkiyyətində olan abidələrdən istifadə qaydaları şərtləri

 Dövlət və ya bələdiyyə mülkiyətində olan dünya və ölkə əhəmiyyətli daşınmaz abidələrin və ya onların ayrı-ayrı hissələrinin icarəyə verilməsi qadağandır.

Dövlət və ya bələdiyyə mülkiyyətində olan yerli əhəmiyyətli daşınmaz memarlıq abidələri, habelə xüsusi mülkiyyətdə olan daşınmaz abidələr və ya onların ayrı-ayrı hissələri müqavilə əsasında elmi, mədəni, dini, xidmət və turizm məqsədləri ücün qanunvericilikdə nəzərdə tutulmuş qaydada icarəyə verilə bilər.

Abidələri və ya onların ayrı-ayrı hissələrini icarəyə götürənlər onların həcm kompozisiyasını, xarici görünüşünü, konstruktiv elementlərini dəyişdirməməli, istismar zamanı abidələrə zərər vurmamalı və təsərüffat işləri zamanı arxeoloji abidələrdə mədəni təbəqənin korlanmasına yol veməməlidirlər. Belə abidələrdə və ya onların ayrı-ayrı hissələrində təmir, konservasiya və bərpa işləri icarəcinin vəsaiti hesabına müvafiq icra hakimiyyəti orqanının və mütəxəssislərin nəzarəti ilə aparıla bilər.

Abidələrin və ya onların ayrı-ayrı hissələrindən icazə qaydaları və şərtləri tərəflər arasında bağlanmış müqavilə ilə müəyyən olunur. Müqavilə şərtləri pozularsa, qanunvericilikdə nəzərdə tutulmuş qaydada müqaviləyə xitam verilir və dəymiş ziyan ödənilir.

 V FƏSİL

ABİDƏLƏRİN TƏDQİQİ

 Maddə 20. Arxeoloji abidələrin tədqiqi

 Azərbaycan Respublikası ərazisində arxeoloji qazıntı işləri aparmaq ücün icazə Azərbaycan Elmlər Akademiyası tərəfindən verilir və müvafiq icra hakimiyyəti orqanında qeydə alınır.

Qazıntı mövsümü başa catdıqdan sonra aparılmış tədqiqat işləri barədə hesabat müvafiq icra hakimiyyəti orqanına və Azərbaycan Elmlər Akademiyasına təqdim edilir.

Azərbaycan Respublikası ərazisindəki abidələrin tədqiqi ücün xarici elmi müəssisə və alimlərlə birgə ekspedisiyalar təşkil edilə bilər. Xarici elmi müəssisələr və alimlər abidələrin tədqiqi ücün vəsait ayıra bilərlər. Birgə ekspedisiyanın rəhbərini Azərbaycan Elmlər Akademiyası təyin edir.

Qazıntı zamanı aşkar olunmuş arxeoloji materiallar dövlət mülkiyyətinə kecir və xüsusi fondlarda və muzeylərdə saxlanılır.

 Maddə 21. Memarlıq abidələrinin və digər abidələrin tədqiqi

 Memarlıq abidələri və digər abidələr Azərbaycan Elmlər Akademiyası,   elmi-tədqiqat və layihə institutları, abidələrin qorunması və bərpası məqsədini güdən ictimai birliklər və ixtisaslı mütəxəssislər tərəfindən tədqiq olunur.

Tədqiqat işlərinə başlamazdan əvvəl bu haqda müvafiq icra hakimiyyəti orqanına məlumat verilir.

Müvafiq icra hakimiyyətinin razılığı olmadan yeni aşkar edilmiş memarlıq abidəsində tədqiqat işlərinin aparılması qadağandır.

Azərbaycan Respublikasının sərhədlərindən kənarda mövcud olan Azərbaycan milli memarlıq abidələrinin tədqiqi və öyrənilməsi ücün icazə alınması dövlətlərarası müqavilələr əsasında həll  edilir.

 Maddə 22. Abidə qoruqlarının yaradılması

 Xüsusi əhəmiyyət kəsb edən arxeoloji, etnoqrafik, memarlıq, şəhərsalma və digər komplekslər elmi-tədqiqat müəssisələrinin tövsiyəsi ilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən qoruq elan edilir.

Qoruq ərazisində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi xüsusi rejim tətbiq edilir.

 Maddə 23. Abidələrin qoruq zonaları

 Abidələrin təhlükəsizliyini, onların funksional təyinatını, memarlıq-estetik görünüşünü və uzunömürlülüyünü təmin etmək məqsədilə mütəxəssislərin rəyi nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanı tərəfindən abidələrin qoruq zonası yaradılır.

 Maddə 24. Abidələrin köcürülməsi yerinin dəyişdirilməsi

 Dünya və ölkə əhəmiyyətli abidələr təbii fəlakət və digər zəruri hallarda müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən mütəxəssislərin iştirakı ilə köcürülməlidir.

Yerli əhəmiyyətli abidələr müvafiq icra hakimiyyəti orqanının icazəsi ilə köcürülə bilər.

Abidələrin köcürülməsi və yerinin dəyişdirilməsi mütəxəssislərin nəzarəti altında həyata kecirilir.

 VI FƏSİL

MÜHAFİZƏ MƏQSƏDİLƏ ABİDƏLƏRDƏ APARILAN İNŞAAT-MÖHKƏMLƏNDİRMƏ VƏ ABADLIQ İŞLƏRİ

 Maddə 25. Mühafizə məqsədilə abidələrdə inşaat-möhkəmləndirmə abadlıq işlərinin aparılması

 Dövlət və bələdiyyə mülkiyyətində olan abidələrdə aparılaninşaat-möhkəmləndirmə və abadlıq işləri onların konservasiyası, təmiri, bərpası, rekonstruksiyası və regenerasiyası haqqında müvafiq icra hakimiyyəti orqanının qərarı əsasında dövlət və yerli büdcələrin vəsaitləri hesabına aparılır. Xüsusi mülkiyyətdə olan abidələrlə əlaqədar həmin müvafiq icra hakimiyyəti orqanının razılığı ilə mülkiyyətcinin vəsaiti hesabına aparılır.

Abidələrin konservasiyası fiziki-mexaniki və fiziki-kimyəvi mühit təsirlərindən korlanmaması ücün onların acıq qalan səthində etibarlı qoruyucu təbəqələr qurmaq, abidələri yeraltı suların dağıdıcı təsirindən qorumaq məqsədilə tədbirlər görmək, abidələrin toxunulmazlığını və cəpərlənməsini təmin etməkdən ibarətdir.

Abidələrin təmiri və bərpası onların zədələnmiş və itirilmiş hissələrinin abidənin konsturksiyasına, həcm-planlaşma həllinə, xarici və daxili görünüşünə xələl gətirmədən təmir edib ilkin halına gətirməkdir. Abidələrin bərpasına dair layihə müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edildikdən sonra aparılır.

Abidələrin rekonstruksiyası dövrümüzə gəlib catmayan abidələrin rəvayətlərə, rəsmlərə, qravürlərə əsasən tərtib olunmuş layihələri üzrə zərurət olduqda abidənin yenidən qurulmasıdır.

Abidələrin regenerasiyası onların daxili və xarici görünüşünü dəyişdirmədən, konstruksiyaların daxilində müasir inşaat materiallarından və üsullardan istifadə etməklə abidələrin ilkin həcm-plan həllinin bərpasıdır. Abidənin istismarında müasir avadanlıqlardan və mühəndis kommunikasiyalarından istifadə edilə bilər.

 Maddə 26. Abidələrdə aparılan inşaat-möhkəmləndirmə abadlıq işlərinə nəzarət görülən işlərin dəyərinin icracıya ödənilməsi qaydası

 Abidələrdə görülən inşaat-möhkəmləndirmə və abadlıq işləri layihə müəllifinin (müəlliflərinin) nəzarəti altında aparılır.

Görülən işlərin dəyəri qanunvericilikdə nəzərdə tutulmuş qaydada ödənilir.

 Maddə 27. Qoruqlarda abidələrin mühafizə zonalarında abadlıq işlərinin aparılması

 Qoruq zonalarında mühafizə məqsədilə inşaat və abadlıq işləri aparılarkən qoruğun və qoruq zonasının sərhədi, abidələrin konfiqurasiyası dəyişdirilməməli, ənənəvi kücə şəbəkələri olduğu kimi saxlanılmalıdır.

Qoruq zonalarının yalnız boş yerlərində kücə şəbəkələrini və abidələrin plan konfiqurasiyasını, həcm-məkan kompozisiyasını pozmadan və onların memarlıq dəyərinə və üslubuna xələl gətirmədən yenidənqurma işləri aparıla bilər.

Arxeoloji və başqa qazıntılar qoruğun boş hissəsində abidələrə zərər yetirmədən aparılmalıdır. Aşkar edilən abidə, əşya və ya başqa tapıntının koordinatları və vəziyyəti qeyd edilməli, fotosu və ya rəsmi cəkilməlidir.

 VII FƏSİL

ABİDƏLƏRİN QORUNMASI HAQQINDA QANUNVERİCİLİYİN POZULMASINA GÖRƏ MƏSULİYYƏT

 Maddə 28. Abidələrin qorunması haqqında qanunvericiliyin pozulmasına görə məsuliyyət

 Abidələrin qorunması haqqında Azərbaycan Respublikası qanunvericiliyini pozan şəxslər Azərbaycan Respublikasnın qanunvericiliyinə uyğun olaraq cinayət, inzibati və mülki məsuliyyət daşıyırlar.

 Maddə 29. Abidələrə vurulan zərərin ödənilməsi

 Abidələrə vurulan zərərin ödənilməsi Azərbaycan Respublikası mülki qanunvericiliyinə uyğun olaraq həyata kecirilir. Ödənilmiş vəsait abidənin bərpası, tədqiqi və ya qorunması tədbirlərinin maliyyələşdirilməsinə yönəldilir.

 VIII FƏSİL

YEKUN MÜDDƏALARI

 Maddə 30. Abidələrin qorunması sahəsində beynəlxalq hüquq aktlarının qüvvəsi

 Azərbaycan Respublikası Konstitusiyasının 151-ci maddəsinə görə bu Qanunla Azərbaycan Respublikasının tərəfdar cıxdığı dövlətlərarası müqavilələr arasında ziddiyyət yaranarsa, həmin beynəlxalq müqavilələr tətbiq edilir.

 Maddə 31. Abidələrin elmi tədqiqi, bərpası, rekonstruksiyası, konservasiyası və regenerasiyasında beynəlxalq təşkilatların iştirakı

 Azərbaycan Respublikasının ərazisindəki abidələrin elmi tədqiqi, bərpası, regenerasiyası, rekonstruksiyası və konservasiyasında müvafiq beynəlxalq təşkilatlar Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının razılığı ilə iştirak edə bilərlər.

 Maddə 32.  Müvəqqəti işğal zonalarında qalmış abidələrin bərpası və qorunması

 Müvəqqəti işgal zonalarında qalmış abidələrin yenidən tədqiqi və bərpası ücün həmin ərazilər azad edildikdən sonra təxirəsalınmaz tədbirlər görülür. Abidələrin bərpası və qorunması ücün ayrılan maliyyə vəsaiti ilk növbədə işgal zonasında qalmış abidələrin tədqiqi və bərpası ücün sərf edilir.

İşğalcılar tərəfindən dağıdılmış dünya və ölkə əhəmiyyətli abidələr haqqında müvafiq beynəlxalq təşkilatlara məlumat verilir.

 

Heydər Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 10 aprel 1998- ci il