Bərdə rayon Mərkəzi kitabxanası

Bərdə rayon MKS
20 Yanvar Faciəsi
15 Aprel , 2015

Xalqın bu ağır günlərində, 1990-cı il yanvarın 21-də Heydər Əliyev Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək, təşkil olunmuş yığıncaqda çıxış edərək, xalqla birgə olduğunu bildirdi, 20 Yanvar faciəsinə siyasi qiymət verdi, onun hüquqa, demokratiyaya, humanizmə zidd olduğunu, mərkəzin və o zamankı respublika rəhbərlərinin günahı üzündən yol verilmiş kobud siyasi səhv olduğunu göstərdi. Bu tarixi çıxışın mətni dünyaya, respublikaya geniş yayıldı. Xalqın qəlbində ümid çırağı yandı.

1992-ci il yanvarın 18-də Azərbaycan Respublikasının qanunu ilə "Şəhidlər günü" adı altında Azərbaycan Respublikasının Əmək Qanunları Məcəlləsinə əlavə edilmiş 66-1-ci maddənin adı (Maddə 66-1. Şəhidlər günü) və mətni 1999-cu ildə qüvvəyə minmiş Əmək Məcəlləsində tamamilə dəyişildi və yeni redaksiyada belə verildi:

“Maddə 106. Ümumxalq hüzn günü

Hər il yanvarın 20-si — Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərin xatirəsini yad etmə günü — ümumxalq hüzn günüdür. Bu gün iş günü hesab edilmir.”

Azərbaycan Respublikası Ali Sovetinin 1990-cı il 22 yanvar tarixli fövqəladə sessiyasında qəbul olunmuş qərarda SSRİ Ali Soveti Rəyasət Heyətinin 1990-cı il 19 yanvar tarixli fərmanı qanunsuz sayılmış, onun əsasında həyata keçirilən hərbi-siyasi tədbir suveren Azərbaycan Respublikasına qarçı təcavüz kimi, Bakı şəhərinin yüzlərlə sakininin həlakına və yaralanmasına səbəb olmuş hərbi qulluqçuların hərəkətləri isə Azərbaycan xalqına qarşı cinayət kimi qiymətləndirilmişdir. Respublika Ali Sovetinin həmin sessiyasında yanvar faciəsinin təhqiqi üzrə deputat-istintaq komissiyası yaradılmış, komissiyanın tərkibinə Azərbaycan Xalq Cəbhəsinin nümayəndələri də daxil edilmişdi. M.T.Abasov komissiyanın sədri, T.Y.Qarayev sədrin müavini təsdiq edilmişdi.

Komissiya deputatların iştirakı ilə sorğular keçirmiş, Əbdürrəhman Vəzirov, Viktor Polyaniçko, Əfrand Daşdəmirov, Həsən Həsənov, Rafiq Zeynalov, Rafiq Əliyev, Elmira Qafarova, Ayaz Mütəllibov, Aydın Məmmədov, Vaqif Hüseynov, N. Kərimov, Əbülfəz Əliyev, Hikmət Hacızadə, Sabit Bağırov, İsa Qəmbərov, Nəcəf Nəcəfov, Tofiq Qasımov, Sabir Rüstəmxanlı, Firudin Səməndərov sorğu-sual edilmişlər.

1990-cı il yanvarın 19-20-də Bakı şəhərinə qoşunların yeridilməsi ilə əlaqədar faciəli hadisələrin təfsilatının və səbəblərinin təhqiqi üzrə Azərbaycan Respublikası Ali Sovetinin deputat-istintaq komissiyasının yaradılmasına və Azərbaycan Respublikası Ali Soveti Milli Şurasının 19 yanvar 1992-ci il tarixli iclasında həmin komissiyanın işinin yekunlarının müzakirə edilməsinə baxmayaraq, 1994-cü ilə qədər bu məsələyə siyasi-hüquqi qiymət verilməmişdir. Yalnız ümummilli lider Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra Azərbaycan Respublikası Milli Məclisinin 29 mart 1994-cü il tarixli iclasında 1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr müzakirə edilmiş və bu hadisələrə siyasi-hüquqi qiymət verilmişdir.

Filmoqrafiya

  1. Azadlığa gedən yollar (film, 1990)
  2. Heç kim və heç nə unudulmayacaq - 20 Yanvar (20.01.1994)
  3. İmperiya ilə toqquşma. 20 yanvar 1990 (AzTV)
  4. Kanlı Yanvar. Ağla karanfil ağla (Bengü Türk TV)
  5. Karanfilin gözyaşlari (TRT AVAZ)
  6. Qanlı yanvar 1990 (AzTV)
  7. Qara yanvar. Qırmızı qərənfillər (ANS TV)
  8. Zamanın sınaq yolu (İTV)
  9. Дело №2. "Чёрный январь" (CBC TV)
  10. Qanlı Yanvar (film, 2015)

Həmçinin bax:

  1. "20 Yanvar Şəhidi" fəxri adı alanların siyahısı
  2. Список жертв трагедии Чёрного января
  1. 1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr haqqında Azərbaycan Respublikası Milli Məclisinin qərarı (1994)
  2. 1990-cı il 20 Yanvar faciəsi ilə əlaqədar Azərbaycanın Moskvadakı daimi nümayəndəliyində keçirilmiş yığıncaqda Heydər Əliyevin çıxışı (1990)
  3. Azərbaycan Milli-Azadlıq Hərəkatı (1988-1991)

Xarici keçidlər

  1. 20 Yanvar şəhidləri (tam siyahı)
  2. Жертвы 20 Января (список)
  3. Bu gecə Sovet Ordusu azadlıq mübarizəsini boğmaq üçün girdi (Xəbərçi-19.01.2015, ANS TV)
  4. Təcavüz. Baki. 20 yanvar 1990 (Prezident Kitabxanası)
  5. Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin “Bakinski raboçi” qəzetinə məxsusi müsahibəsi
  6. Heç kim və heç nə unudulmayacaq!