Bərdə rayon Mərkəzi kitabxanası

Bərdə rayon MKS
20 Yanvar Faciəsi
15 Aprel , 2015

"Hərbi qulluqçuların və onların ailə üzvlərinin sosial müdafiəsi ittifaqının" (Şit) rəyi istintaq komissiyasının materiallarından istifadə edilməklə hazırlanmışdır. Bu rəy 1990-cı ildə SSRİ-nin və respublikanın kütləvi informasiya vasitələri (KİV) tərəfindən yayılmış, o cümlədən xarici dillərdə yayılmışdır.

Hesabatdan məlum olur ki, Bakıya yeridilmiş qoşun kontingenti - bəzi məlumatlara görə onun sayı 60 min nəfərə çatırdı. Onlar "döyüş tapşınğını" yerinə yetirmək üçün möhkəm psixoloji hazırlıq keçmişdilər. “Şit” təşkilatı müstəqil hərbi ekspertlərinin hesabatında oxuyuruq: "Sizi Bakıya rusları müdafiə etmək üçün gətirmişlər, yerli əhali onları vəhşiçəsinə məhv edir; ekstremistlər Salyan kazarmalarının (Bakıda əsas hərbi qarnizonun yerləşdiyi ərazi) ətrafındakı evlərin damlarında snayperlər yerləşdirmişlər, təkcə bu ərazidə 110 atəş nöqtəsi var; binalar, mənzillər Azərbaycan Xalq Cəbhəsinin yaraqlıları ilə doludur, onlar sizi güclü avtomat-pulemyot atəşinə tutacaqlar".Faktlarla sübut olunmuşdur ki, Azərbaycana göndərilən ordu hissələrinin tərkibinə Stavropol, Krasnodar və Rostovdan səfərbərliyə alınmış erməni əsgər və zabitlər, sovet hərbi hissələrində xidmət edən ermənilər, hətta, erməni kursantlar da daxil edilmişdi.

 

Hesabatdakı 3-cü bölmədən (Ordunun hərbi cinayətləri) bir parça:

  1. Adamların xüsusi qəddarlıqla və yaxın məsafədən güllələnmələri. İçərisində sərnişinlər, o cümlədən uşaqlar olan 39 nömrəli “İkarus” markalı marşrut avtobusu atəşə tutulmuşdur.
  2. xəstəxanaların, "təcili yardım" maşınlarının atəşə tutulması. Məsələn: 67-50 АГП, 67-51 АГП, 39-97 АГС dövlət nömrə nişanlı "təcili yardım" maşınları tanklar ilə atəşə tutulmuşdur. Həkim A.M.Marxevka öldürülmüşdür.
  3. Süngü-bıçaqla qətl hadisələri. Belə qurbanlardan biri kor və milliyyətcə rus B.V.Yefimiçevdir.
  4. "Kalaşnikov" avtomatlarında ağırlıq mərkəzi dəyişən5,45 mmkalibrli güllələrdən istifadə edilmişdir.