Bərdə rayon Mərkəzi kitabxanası

Bərdə rayon MKS
Tədbirlər
13 May , 2022
Bərdə Regional Mədəniyyət İdarəsinin tabeliyində olan Bərdə MKS-nin 2 nömrəli şəhər kitabxana filialı Bərdə rayon Səməd Vurğun adına Mərkəzi Kitabxanasında şairə Esmira Günəşin şəhidlərimizə həsr etdiyi "Qürur yerimiz", "Unutmadıq şəhıdim", "Zirvəyə ucalanlar" kitabının təqdimatı keçirdi.
   Tədbiri kitabxana filialının müdiri Nərgiz Cəfərova acaraq şairənin yaradıcılığindan söhbət açdı.
   Sonra şairə şəhidlərimizə həsr etdiyi kitablar haqqında məlumat verdi.
   Tədbirdə Bərdə İcra Hakimiyyətinin Vətən Müharibəsi İştirakçıları və şəhid ailələri ilə iş şöbəsinin müdiri Samir Səfərov, şəhid atası Şamil Abbasov, Bərdə İdarəetmə və Texnologiya kollecinin direktoru Xosrov Musayev, Azərbaycan Vətən Muharibəsi Veteranları İctimai Birliyinin Bərdə rayon şöbəsinin sədri və ehtiyatda olan zabit İsmayıl Rüstəmli, Vətən müharibəsi iştirakçısı, "Qürur" İctimai Birliyinin həmsədri Bəxtiyar Hüseynov, Qarabağ qazisi, şəhid qardaşı Rizvan Qasımov çıxış etdilər.
   Sonda tədbir iştirakçılarına kitab hədiyyə olundu.
Foto Qalereya