Bərdə rayon Mərkəzi kitabxanası

Bərdə rayon MKS
KİV-də Bərdə
17 Aprel , 2022

Bərdənin 4 minə yaxın əhalisi yol sarıdan rahatlığa çıxacaq

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Bərdə rayonunda Qarağacı-Mirzəcəfərli-Mollagüllər avtomobil yolunun yenidən qurulmasına başlanılıb.

Respublika əhəmiyyətli Mingəçevir-Bəhrəmtəpə avtomobil yolunun 46-cı km-dən ayrılan yolunun uzunluğu 8 km olmaqla IV texniki dərəcəyə uyğun yenidən qurulur.

Əvvəllər qara və çınqıl örtüklü olan yolda xüsusən payız-qış aylarında istər avtonəqəliyyat vasitələrinin, istərsə də vətəndaşların hərəkətində bir sıra problemlər yaşanırdı. Bu problemlərə yenidənqurma işlərindən sonra son qoyulacaq. Bu üzdən görülən işlər yolun keçdiyi yaşayış məntəqələri sakinlərinin də ürəyincədir.

Artıq tikinti işləri çərçivəsində müxtəlif həcmdə yol yatağı 10 metrə qədər genişləndirilib, qazma-dolma və kipləşdirmə işləri görülüb, yeni yol yatağı inşa edilib. Layihə çərçivəsində əkin sahələrinin suvarılması üçün 44 yerdə müxtəlif diametrlərdə olan suötürücü boruların tikintisi, həmçinin mövcud suötürücü boruların bərpası işləri da görülüb.

Bundan sonra optimal-qırmadaş və qum-çınqıl qarışımından ibarət yol əsasının tikintisi və yeni asfalt-beton örtüyünün döşənməsi işləri icra olunacaq. Ümumilikdə yola 2 qat olmaqla yeni asfalt-beton örtüyü döşənəcək.  Layihəyə uyğun bütün işlər tam olaraq yekunlaşdıqdan sonra zəruri olan yerlərdə yol nişanı və məlumatverici lövhə quraşdırılacaq, yolcizgi və yolgöstərici xətlərin çəkilişi işləri aparılacaq.

 

Lazım QULİYEV,

"Azərbaycan"