Bərdə rayon Mərkəzi kitabxanası

Bərdə rayon MKS
KİV-də Bərdə
26 May , 2021
YAP Bərdə rayon təşkilatının nümayəndələri şəhid Asif Abışovun ailəsini ziyarət ediblər

Yeni Azərbaycan Partiyası (YAP) Bərdə rayon təşkilatının nümayəndələri rayonun Lək kəndindən olan Vətən müharibəsi şəhidi Abışov Asif Əlövsət oğlunun ailəsini ziyarət ediblər. Əvvəlcə şəhidin məzarı ziyarət edilib, ruhuna dualar oxunub.
Şəhidin ailə üzvləri ilə görüş zamanı YAP Bərdə rayon təşkilatının sədri Fəqət Şadlinskaya bildirib ki, torpaqlarımızın işğaldan azad edilməsi uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi daim qəlbimizdə yaşayacaq.
Şəhidin ailə üzvləri dövlət tərəfindən göstərilən diqqət və qayğıdan razı qaldıqlarını qeyd ediblər.
Qeyd edək ki, çavuş Asif Abışov Vətən müharibəsində Xocavənd rayonunun azad edilməsi uğrunda döyüşlərdə şəhidlik zirvəsinə ucalıb. Azərbaycan Prezidentinin müvafiq sərəncamları ilə çavuş Abışov Asif Əlövsət oğlu ölümündən sonra “Vətən uğrunda” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib.