Bərdə rayon Mərkəzi kitabxanası

Bərdə rayon MKS
KİV-də Bərdə
20 May , 2021
YAP Bərdə rayon təşkilatının nümayəndələri şəhid Azər Həsənovun məzarını ziyarət ediblər

Yeni Azərbaycan Partiyası (YAP) Bərdə rayon təşkilatının sədri Fəqət Şadlinskaya, təşkilatın nümayəndələri və Bərdə Rayon İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Samir Səfərov rayonun Qaradəmiçi kəndindən olan Vətən müharibəsi şəhidi çavuş Həsənov Azər Aydın oğlunun doğum günündə şəhidin məzarını ziyarət ediblər.
Qeyd edək ki, çavuş Azər Həsənov 7 il idi ki, Vətənə xidmət edirdi. O, ötən il sentyabr ayının 27-də düşmənin törətdiyi təxribata qarşı əks-hücumla başlanan Vətən müharibəsində Talış-Suqovuşan istiqamətində gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıb. Azərbaycan Prezidentinin müvafiq Sərəncamı ilə çavuş Həsənov Azər Aydın oğlu ölümündən sonra “Vətən uğrunda” və “Cəsur döyüşçü” medalları ilə təltif olunub.