Bərdə rayon Mərkəzi kitabxanası

Bərdə rayon MKS

Ən çox oxunan kitablar
Çingiz Abdullayev. Fillər öləndə
3 Fevral , 2022

Detektiv əsərlər müəllifi Çingiz Abdullayevin Fillər öləndə əsərində hadisələr Cənubi Qafqaz ölkələrinin birində baş verir. Həmin ölkədə böyük nüfuz sahibi və nazir postuna ən real namizəd olan general qətlə yetirilir. Rəsmi məlumatlarda generalın İslam terrorçuları tərəfindən öldürüldüyü qeyd edilir. Cəmi bir həftədən sonra NATO nümayəndələri paytaxta gəlməlidir. Qəfil cinayət bu tədbiri poza bilər. Ölkədə gərginlik yüksək həddə çatır.
Daha maraqlı hadisələr isə məşhur kriminalist-xəfiyyə Dronqonun ölkənin rəsmi dairələrinin gizli dəvəti ilə işi araşdırmaq üçün gəlişindən sonra başlayır. Bir-birinin ardınca yeni sui-qəsd hadisələri baş verir, Dronqo təqib edilir, onu müşayiət edən köhnə dostu, kəşfiyyatçı qadının həyatı da təhlükə altına düşür...