Güləmail Murad. Aprel döyüşləri trilogiya
18 Oktyabr , 2021

Çağdaş poeziyamızın istedadlı nümayəndəsi GMuradin "Aprel döyüşləri" kitabı Qarabağ döyüşləri zamanı inamlı qələbənin təməlini qoyan Aprel
döyüşlərinə və döyüşçülərinin zəfər dolu, qəhrəmanlıq dolu həyatlarına həsr olunub. Kitab üç hissədən ibarətdir. Birinci hissə "Aprel döyüşləri", ikinci hissə
"Qayıdış", üçüncü hissə "Qəhrəmanlıq yüksəkliyi" adlanır. Kitabda üç milli
qəhrəmanın dörd şəhidin eləcə də Qazilərimizin keçdiyi şərəfli həyat yollan bədii
əksini tapır. Trilogiyada müəllif çox əsirlik epos ənənələrimizdən yararlanaraq
həm nəzm, həm də nəsr parçalarından istifadə edib. Azərbaycan əsgərlərinin əxlaqi-mənəvi keyfiyyəti, peşəkarlığı, eyni zamanda insana və vətənə sevgisi əsərin
əsas ideyasını təşkil edir. Hər bir gənc üçün bu, əsil məktəb, Vətən dərsidir. Kitabın bədii məziyyətlərini,vətənpərvərlik ruhunun aşılanmasında oynaya
biləcəyi rolu nəzərə alaraq deyə bilərik ki, G.Muradın "Aprel döyüşləri"
trilogiyası oxucuların ürəyinə yol tapacaq. Kitabdakı şeiurlərin müəllifi
Güləmail Muraddır.