Bərdə rayon Mərkəzi kitabxanası

Bərdə rayon MKS

Yeni kitablar
Hacı Musa Bəbəlov. Sənin maraq dünyan "Hər şeydən, hər yerdən"
2 Fevral , 2021
"Məktəb kitabxanası" seriyasından növbəti kitabımız Hacı Musa Bədəlovun "Sənin maraq dünyan hər şeydən, hər yerdən" adlanır. Əsasən orta yaşlı məktəblilər - 10 - 14 yaşlı oxucuları nəzərdə tutan bu seriyada H.Mirələmovun "Vicdanın cəzası", İlyas Əfəndiyevin "Ovcunun hekayəti", Solmaz Muxtarovanın "Yaşıl dünyanın nağılı", Vəfa Rəşidqızının "İbn Sina sevgilisini soraqlayır" adlı bədii kitabları bu qəbildəndir. Bu seriyadan bədii kitabla yanaşı elmi-kütləvi, tarixi kitabların da nəşri nəzərdə tutulmuşdur. Oxuculara təqdim olunan bu kitab formaca elmi - kütləvi məzmunca ensiklopedik məzmunlu kitabdır.