Bərdə rayon Mərkəzi kitabxanası

Bərdə rayon MKS

Ən çox oxunan kitablar
Ziya Şakir. Həzrət Əli
12 Fevral , 2019
İslam tarixində sanballı yeri və xidmətləri olan, bir fransız tarixçisinin “bəşəriyyətin ən comərd adamı” adlandırdığı Həzrət Əlinin həyatı, tapındığı inanc və apardığı mübarizələrdən söhbət açan bu kitab geniş oxucu təbəqəsi üçün nəzərdə tutulub.

Həzrət İmamın keçdiyi həyat yolu ilə maraqlananlar, ibrətamiz nəsihətlərinin vurğunu olanlar, qəhrəmanlığını örnək sayanlar bu kitabda istədiklərini tapacaqlar.

“Möminlərin Rəhbəri” və “Müsəlmanların ən böyük Öndəri” nin müdrik sözlərinin bir hissəsini və apardığı döyüşləri əhatə edən bu kitab Onun cəsarət, qəhrəmanlıq, elm və fəziləti ilə İslam dininə göstərdiyi xidmətlərdən bəhs eləyir. Kitabın birinci hissəsi ədəbi və akademik araşdırma, döyüşlərdən ibarət ikinci hissəsi isə tarixi roman janrında yazılmışdır.