Bərdə rayon Mərkəzi kitabxanası

Bərdə rayon MKS

Yeni kitablar
Nizami Cəfərov. Mir Cəlalın milli idealları
12 Fevral , 2019
Azərbaycan xalqının XX əsrin sonlarında qazandığı müstəqillik, heç şübhəsiz, bir neçə yüz illik tarixi olan milli azadlıq ideallarına, bu idealların həyata keçirilməsi uğrunda aparılmış ardıcıl mübarizələrə əsaslanır. Və həmin idealların təmərküzləşib daha məqsədyönlü xarakter almasında, bu və ya digər dərəcədə kütləviləşib ümumxalq səciyyəsi daşımasında XX əsrin əvvəllərindən başlayaraq sürətlənən ictimai-siyasi, mənəvi-mədəni və ideoloji proseslər xüsusi rol oynamış, öndə gedərək xalqa, doğru yol göstərmək missiyasını mütəvaze bir məsuliyyətlə öz üzərinə götürən ziyalı-mütəfəkkirlər yetişmişdir ki, onlardan biri də böyük ədibimiz Mir Cəlal Paşayev olmuşdur.