Bərdə rayon Mərkəzi kitabxanası

Bərdə rayon MKS

Ən çox oxunan kitablar
Şəmistan Nəzirli. Əfsanəvi Mixaylo
15 Noyabr , 2018
Yazıçı-jurnalist Şəmistan Nəzirli bu dəfə oxucuların görüşünə əfsanəvi qəhrəman Mehdi Hüseynzadə (Mixaylo) haqqında yeni kitabı ilə gəlib. "Əfsanəvi Mixaylo" əsərində Mehdinin cəsurluğu, qeyri-adi igidliyi yeni yeni arxiv materialları və nadir sənədlər əsasında yazılıb. Təkcə vətənimizdə deyil, İtaliya, Yuqaslaviya, Fransa və başqa Avropa ölkələrində də yenilməz qəhrəman kimi tanınan Mixaylo-Mehdi Hüseynzadə xalqımıza baş ucalığı gətirib. Kitabda eyni zamanda Mehdinin ilk gənclik illərindən-bacılarının, məktəb və tələbə dostlarının xatirələrinə xüsusi yer verilib.