Bərdə rayon Mərkəzi kitabxanası

Bərdə rayon MKS

Ən çox oxunan kitablar
Vidadi Babanlı. Zəmanə adamı
20 Sentyabr , 2018
Roman yaxın keçmişimizdən - bir ictimai-siyasi quruluşdan digərinə keçid dövrünün hadisələrindən bəhs edir. Həmin dövrdə xalqımızın azadlığı və müstəqilliyi uğrunda çarpışan həqiqi vətənpərvər mübarizlərlə yanaşı, bu hərəkata öz şəxsi məqsədləri, cılız mənafeləri üçün qoşulanlar da az olmamışdır. Belələri qarışıqlıqdan maksimum bəhrələnərək lotuluq, dələduzluq, fırıldaqçılıq, cilddən-cildə girmək üsulları ilə yeni quruluşda mövqe, bolluca gəlir qazandılar, cəmiyyətin "liderlərinə" çevrildilər.
Romanın dırnaqarası qəhrəmanı Əfsun Zamanlı həmin adamların timsalı kimi qələmə alınmışdır...
Əsər canlı və dəqiq müşahidələr, gerçək həyat hadisələri əsasında yazılmışdır.