Bərdə rayon Mərkəzi kitabxanası

Bərdə rayon MKS

Yeni kitablar
Patrik Ness. Bədheybətin səsi
21 May , 2018
Romanda hadisələr müasir İngiltərədə cərəyan edir. On üç yaşlı Konor amansız xərçəng xəstəliyinə tutulan anasının gündən-günə əriyib getməsi ilə barışa bilmir. Anasının çox yaşamayacağını hiss etsə də, bu həqiqəti, bildiyi gerçəyi qəbul etmək istəmir. Ancaq bu barışmazlıq onun həyatını kabusa döndərir.
Belə gərgin vaxtda bir bədheybət gecələr onun yanına gəlməyə başlayır və müxtəlif hekayələr danışır… Bu hekayələr Konora nə öyrədir, ona necə yol göstərir? Müəllif bunu oxucuların ixtiyarına buraxır. Romanın ideya müəllifi olan Şivon Doud özü də bu sağalmaz xəstəliklə mübarizə aparmış, lakin başladığı bu əsəri bitirə bilmədən dünyaya vida etmişdir.