Bərdə rayon Mərkəzi kitabxanası

Bərdə rayon MKS

Ən çox oxunan kitablar
Luis Sinkler. Seçilmiş əsərləri
8 Dekabr , 2017
Luis Sinkler (1885-1951) Nobel mükafatına layiq görülən ilk ABŞ yazıçısıdır. O, bu mükafatı həm də satira və yumor vasitəsilə yeni tiplər, xarakterlər yaratmaq bacarlğlna görə almışdır. Yaradıcılığında daha çox cəmiyyət və insan arasındakı ziddiyyətlərdən bəhs edən yazıçının əksər əsərlərinin mövzusu aşağı təbəqədən çıxan və cəmiyyətdə mövqe qazanmaq üçün yollar axtaran tənha adam haqqındadır. İlk romanı 1914-cü ildə yazdığı “Bizim cənab Renn” olan Sinkler dünya ədəbiyyatına “İş” (1917), “Bebbit” (1923), “Erousmit” (1925) və s. kimi maraqlı sənət nümunələri bəxş etmişdir. Bu kitabda Luis Sinklerin Nobel nitqi, “Erousmit” romanı və hekayələri Azərbaycan oxucusunun ixtiyarına verilmişdir.