Bərdə rayon Mərkəzi kitabxanası

Bərdə rayon MKS

Ən çox oxunan kitablar
Çingiz Aytmatov. Seçilmiş əsərləri
11 Oktyabr , 2017
Zəmanəmizin görkəmli qırğız yazıçısı Çingiz Aytmatovun yaradıcılığı dərin milli xüsusiyyətlərə malik olduğu kimi, həm də ümumbəşəri mahiyyət və məzmun ifadə edir. Onun dünya ədəbiyyatında böyük hadisə sayılan əsərləri realizmin tükənməz bədii və idraki gücünü nümayiş etdirir. Ç.Aytmatov üçün ədəbiyyatda yeganə mövzu “böyük mövzu” – insan mövzusu var.
Seçilmiş əsərlərinin bircildliyinə böyük yazıçının “Gün var əsrə bərabər” romanı ilə yanaşı, “Əlvida, Gülsarı!”, “Dəniz kənarıyla qaçan Alabaş”, “Ağ gəmi” və “Cəmilə” povestləri daxil edilmişdir.